Toy rəqsi necə olmalıdır?

loading...

Evlənirsiniz… toy dəvətnamələriniz tam hazır, toyun keçiriləcəyi məkan, hətta qonaqlara verəcəyiniz yeməklərin mənyusu da hazırdır. Toyda geyiniləcək gəlinlik və bəylik paltarlarınız da hazır. Yeni evinizin dekorasiyası, əşyaları, xalçası, pərdəsi və s. ürəyiniz istədiyi kimidir. Hər bir şey hazırlanıb. Amma yenə də narahatsınız ki, nəsiə çatışmır. Bəlkə bu toy rəqsi ilə bağlıdır. “Mən etməsəm olarmı, yaxud da bu etməkdən çox utanıram” deyirsiniz. Əlbəttə ki, toy rəqsini heç nə əvəz edə bilməz. Odur ki, diqqətli olun.

Toyunuzdakı birgə rəqs əslində sizin rəsmi ər-arvad olandan sonra ilk rəqsiniz olacaq. Çox böyük ehtimal ki, bu rəqsinizin fotoşəkillərinə və video görüntülərinə hələ uzun illər boyunca baxacaqsınız. Buna görə də toy rəqsinə sıradan bir addım kimi baxmaq düzgün sayılmaz. Buna xüsusi hazırlaşaraq həm özünüzə, həm də toyunuza toplaşan qonaqlara xoş anlar bəxş edin.

Mən rəqs edə bilmərəm”, “çox həyəcanlana bilərəm, rəqsim də yarımçıq qalar” fikrini beyninizdən sılıb atın. Əgər toy vaxtına bir az zaman qalıbsa hətta birlikdə xüsusi kursa da gedə bilərsiniz. Çünki sizi hazırlayacaq insan xarakterinizə uyğun rəqs qura bilər.
Rəqsə hazırlaşarkən toyda geyinəcəyiniz qiyafətlə də sınaq keçirə bilərsiniz, belə olduğu halda isə toyda özünüzü daha rahat hiss edəcəksiniz.
Toyunuzu lentə alacaq operator və şəkilçəkənlə əvvəlcədən danışın ki, rəqsinizi uzaqdan çəksin.

Rəqsinizin anonsunu edəcək şəxsdən rəqsə yalnız bəy və gəlini dəvət etməsini xahiş edin. Əks halda digər cütlüklər də rəqsə qalxar rəqsinizi bərbad edər.

loading...
SHARE
Şərh yaz