Ucuz geyim seçib, zövqsüz görünməyin

loading...

Biz tez-tez öz qiymətinə görünməyən geyimlərlə rastlaşırıq. Pulu necə ağılla xərcləyək ki, aldığımız geyimlərdə şık görsənək? Xanım.Net-in bir araya gətirdiyi məsləhətlər, sizə hətta demokratik marka geyimlərində belə baxımlı görünməyə kömək edəcək.

  • Rəngli toxunmalar. Rəngli parlaq sviterlər – ilin soyuq fəslində bundan yaxşı nə ola bilər? Sevinib almağa tələsmirsiniz. Birinci yumadan sonra ucuz rəngli yun sviterlər solub və rənglərini itirə bilərlər. Bir neçə yumadan sonra sviter öz quruluşunu itirəcək və artıq ilk gündə aldığınız kimi sizin sevimli sviter görünüşündə olmayacaq.
    Xanım.Net açıq rəng qammasında olan toxunma geyimləri seçməyi məsləhət görür. Bu mövsümdə boz, ağ, həmçinin pastel çalarları aktual olacaq və sizi pis vəziyyətdə qoymayacaq!
  • Krujevalı geyimlər. Krujevalı parçadan təmtəraqlı don – ictimaiət arasına çıxmaq üçün optimal həldir. Ucuz qiymətə krujevalı geyim almağa tələsmirsiniz. Yalnız ilk baxışda bütün krujevalı geyimlər eyni görünür. Amma ucuz markalarda krujeva maşından istifadə edirlər, hansı ki, qətiyyən formanı saxlamır və birinci yumadan sonra öz quruluşunu itirir. Alternativ olaraq yarımşəffaf elementlərlə olan geyimi seçmək olar.
    Yox əgər ürəyiniz elə krujevalı geyim istəyirsə, o zaman dekorativ bəzənmiş krujevalara üstünlük verməlisiniz. Məsələn, siz ətəyi incə krujevalı işləməylə olan  topu və ya yubkanı seçə bilərsiniz.
  • Dekorativ elementlər. Strazlarla, payetka və daşlarla bolluca tikilimiş naxışlı geyimlər əlbəttə ki uğurlu görünür. Amma yalnız hansısa bir elementin itməsi, don və ya topu artıq o qədər də şık göstərmir. Alternativ olaraq incə işləməli variantları seçin, məsələn, boğazda və ya qolda.
    Yığcam eyni rəngli şeylərə üstünlük vermək hamısından yaxşıdır və artıq onlara əlavə aksessuarlar, boyunbağı və ya qolbaqlar seçmək, sizə qalır. Düzgün aksessuar seçimi  sizə trend görünüş əldə etməyə kömək edəcək.
  • Printı. Yadda saxlayın: print nə qədər daha xırda olsa, onlar daha bahalı olacaq . Kiçik naxışlar yaxşı işlənmiş şəkil tələb edir ki, ucuz markalarda praktik olaraq bu rast gəlinmir. Həmçinin bu müxtəlif rəngli printlərə də aiddir.
    Əgər ürəyiniz nəsə qeyri-adi istəyirsə, o zaman klassik naxışlara üstünlük verin. Məsələn, qəfəs, noxud və ya qaz pəncəsi arzu olunandır.
  • Süni dəri. Zamanla süni dəri öz görünüşünü itirir. Onda sıyrıntılar və çatlar meydana gəlir. Bunu alan zaman nəzərə alın və ona hazır olun ki, belə şey uzun müddət sizə xidmət etməyəcək.
  • Loqotiplər. Böyük loqotiplərlə olan geyimlər çoxdan dəbdən düşüb. Qışqıran yazılarla geyimləri seçməyin, hansılar ki, açıq aydın ucuz görünürlər!
  • Saxta geyimlər. Daha bir səhv – dizayner kolleksiyasından oxşar geyimi tapmaq arzusudur. Bütün surətlər heç də eyni görünmürlər. Ondansa bir o qədər baha olmayan dizayner geyimlərinə üstünlük verin.
  • Ölçüdə olan geyimlər. Yalnız öz ölçünüzə uyğun gələn geyimləri alın, hansılar ki, sizin bədəninizdə yaxşı otururlar. Əgər köynəkdə və ya jaketdə çox geniş qol, don və ya şalvarların qırağlarını yığsanız, qiymətdən asılı olmayaraq çox pis görünəcəklər. Bu heç də o demək deyil ki onları almayın: onları yaxşı dərziyə aparın və öz bədəninizə uyğun tikdirin. Yaxşı oturan şey həmişə baha görünür!
loading...
SHARE
Şərh yaz