Ulduz atalar: Dünya məşhurlarının övladları

loading...

Dünyada ən maraqlı mənzərələrdən biri övladı ilə oynayan atadır. Ulduz ataların övladlarına münasibəti isə həmişə diqqət mərkəzində olur. Onlardan ən nümunəvi ata olanları sizinlə paylaşırıq.

ryan-gosling

Rayan Hoslinq 4 ay əvvəl ata olmasına baxmayaraq artıq balaca şahzadəsi Esmeraldaya mahnılar bəstələyir. Doğrudur, yoldaşı Eva Mendeslə hələ ki, qızlarının şəklini mətbuatdan gizlədirlər. Düşünürlər ki, xoşbəxt ailə şəkillərinin yayılması fanat ordusunun azalmasına səbəb ola bilər.

Devid-Bekhem

Proffesional futbolçu, reklam kompaniyalarının ulduzu və əsl dəbli kişi Devid Bekhem həmişə nümunəvi ata olmuşdur. Üç oğlu- Bruklin, Romeo və Kruz artıq müstəqil həyata ilk addımlarını atır. Balaca Harper isə valideynlərinin sevincidir. “Əgər mənim ixtiyarımda olsa onu ən uca sarayın zirvəsinə qoyar və oraya gələn bütün oğlan şahzadələri diqqətlə sorğu-sual edərdim”- deyə bir dəfə o, müsahibə vermişdi.

Şahzadə Uilyam

Şahzadə Uilyam da yaxşı ata siyahısındadır. Balaca Georqa ilk gündən etibarən çox diqqət ayrılmışdır. Anası Keyt Middlton şahzadə ailəsinin mümkün olan ən gözəl yenilənməsini həyata keçirdilər. Bu artıq köhnəlik qoxan monarxiya deyil, yeni və inkişaf edən bir quruluşdur. Şahzadə Uilyam yaxşı ata oldu və ona baxaraq ailənin kiçik üzvü, məsuliyyətsiz Harri sanki böyüməyə başladı.

Jerar-Pike

“Barselona” futbol klubunun müdafiəçisi Jerar Pike pop müğənni Şakira ilə evləndi. Bu nigahdan 2 uşaq dünyaya gəldi. Ana və oğul matçları izləməyə gedir və oyundan sonra ata oğlunu oyun sahəsinə çıxarır.

Chenning-Tatuma

“İrəli addım” filmi Çenninq Tatuma dünya şöhrəti gətirdi. O, həyat yoldaşı Cenna Duan ilə tanış oldu. Onlar artıq 10 ildir ki, birlikdədirlər. Bir il əvvəl isə qızları dünyaya gəldi. Bu balaca şahzadə onların həyatının mənasına çevrildi.

Metyu MakKonaxi gərgin iş qrafikinə baxmayaraq həyat yoldaşı Kamila Alves və üç övladını heç vaxt diqqətdən kənarda qoymur. Uşaqları özü bağçaya aparır, onlarla okeanın kənarında qaçır və gəzintiyə aparır.

orlando-blum

Orlando Blum model Miranda Kerr ilə ayrılmasına baxmayaraq onunla dostluq əlaqələrini saxlayıb. Bununla da oğlunun qayğısına qalır, atalıq borcunu yerinə yetirir. O, oğlu ilə həftə sonlarını və bayramları keçirir, parkda gəzir və ona gülməli papaqlar alır.

“Tənha reyncer”in qəhrəmanı Armi Xammer və yoldaşı keçə ilin dekabrında qız övladına sahib oldular. Uşaq valideyn sevgisində üzür.

Eşton Kutçer və Mila Kunis artıq insatqramın ulduzlarıdır. Yeni ildə Eşton, Mila və balaca Vayt donuz geyimində açıqca üçün şəkil çəkdirmiş və bütün dostlarına təbrik yollamışdılar. Əgər balaca anasının gözəlliyi və atasının yumor hissi genlərinə sahib olsa, hollivuddan olan namizədləri çox olacaq.

 

loading...
SHARE
Şərh yaz