Ulduz falına görə

loading...

QADIN

  • YANVARDA dünyaya gəlibsə, ömrü boyu sakit yaşayacaq, arzularına çatmaqda elə bir maneəyə rast gəlməyəcəkdir. Yaxşı ev sahibəsi və yaxşı ömür-gün yoldaşı olacaqdır.
  • FEVRALDA dünyaya gəlibsə, nadır hallarda gözəl olur, lakin qoçaq və şəndir, geyinib-keçinməyi xoşlayır. İlk gəncliyində xoşbəxt olur, çox vaxt dul qalır, lakin ikinci dəfə ərə gedir. İkinci nikah birincidən uğurlu olur.
  • MARTDA dünyaya gəlibsə, hər işə qarışır, paxil olur, nikahda çox vaxt bəxti gətirmir. Boşanmaqdan qorxmalıdır. Onu güclü, lakin mənsəbpərəst adam alır.
  • APRELDƏ dünyaya gəlibsə, çox vaxt ərini sevir, 30 yaşa çatanadək xəstəlik keçirir və bu xəstəlik onun səhhətinə təsir göstərmir. Kişilərin xoşuna gəlir. Əksərən qısqanc adamlara ərə gedir. Qocalıqda acıdil olur, bununla çoxlu düşmən qazanır.
  • MAYDA dünyaya gəlibsə, ərini ehtirasla sevəcəkdir. Adətən ağıllı və gözəldir, ərini çılğın məhəbbətlə sevir, lakin çox danışan və fəndgirdir, rəfiqələri paxıllığını çəkirlər, rəfiqələrinin diqqətini ərinə cəlb etsə, onlar qanını qaralda bilərlər.
  • İYUNDA dünyaya gəlibsə, həssasdır, məclisdə xoşagələndir, asanlıqla dostlaşır. Tünd xasiyyəti ilə özünə çox ziyan vurur və bir çox adaxlıları özündən uzaqlaşdırır. Son dərəcə əsəbi və özünü saxlaya bilməyəndir. Sakit halda xeyirxah və alicənabdır.
  • İYULDA dünyaya gəlibsə, məhəbbətə əyləncə kimi baxır. Geyinib-keçinməyi, mazaqlaşmağı və ərinin qısqanclığına səbəb ola biləcək hərəkətlər etməyi xoşlayır. Əri tərəfindən seviləcək, çoxlu pərəstişkarı və dostu olacaqdır.
  • AVQUSTDA dünyaya gəlibsə, sakit və təmkinlidir. Lakin mehribanlığı hamını cəzb etdiyinə görə o, ər seçdikdə diqqətli olmalıdır. Əri onunla tam xoşbəxt ola bilər. Dəfələrlə ərinə faydalı, xeyirxah məsləhət verəcəkdir. Məlahətli, incə, zərif və mehribandır.
  • SENTYABRDA dünyaya gəlibsə, hər şeyə qarışandır, ilk məhəbbətindən narazı qaldığına görə ikinci bir məhəbbəti sınaqdan keçirmək istəyir. İşvəkardır, məclisdə olmağı xoşlayır, orada tez-tez öz ünvanına komplementlər eşidir. Sonralar ərini qızğın məhəbbətlə sevən vəfalı arvad olur, lakin bu həyat onun xoşuna gəlmir.
  • OKTYABRDA dünyaya gəlibsə, taleyi uğurlu olur. Yaxın adamlarına heç vaxt əziyyət vermir. Məhəbbəti dərindir və incədir. Bununla ərinə səadət bəxş edir. Uşaqları sağlam və gözəl böyüyür, bu şərtlə ki, ilki oğlan olsun.
  • NOYABRDA dünyaya gəlibsə, qeybət, dedi-qodu içində yaşayacaqdır. Bu səbəbsiz deyildir, çünki o, bər-bəzəyi və kişi məclisini sevir. Onun səadəti mayda və ya dekabrda anadan olmuş adamın mohəbbətindədır. Uşağı çox olacaqdır.
  • DEKABRDA dünyaya gəlibsə, çox cazibədardır, nəcibdir. Lakin hərdən qəmginləşir. Təbiətən ehtiraslı olsa da sevdiyi adamın məsləhətlərinə məmnuniyyətlə əməl edir.

 

KİŞİ

  • YANVARDA dünyaya gəlibsə, son dərəcə sadəlövh və tez inanandır, buna görə də həyatda başına bır çox bəlalar gəlir. Gənclikdə uğursuzluqlarla qarşılaşır. Yalnız yetkin yaşında özünü düzəldir. Çılğın təbiətlidir, lakin yaxşı ailə sahibi olmağa qabildir.
  • FEVRALDA dünyaya gəlibsə, çox sağlamdır, qumarbazdır, qadınların dalma düşməyi xoşlayır, müxtəlif macəralara can atır, lakin həmişə sudan quru çıxır.
  • MARTDA dünyaya gəlibsə, üzüyola və sakitdir, əyləncələri yalnız sağlamlıq xatirinə seçir. Ailəsində həmişə əmin-amanlıq olur. 25 yaşına yaxın ehtiyatlı olmalıdır, çünki ona bədbəxtlik üz verə bilər və bu bədbəxtlik dostlarının yanında onu hörmətdən salar.
  • APRELDƏ dünyaya gəlibsə, pul düşkünüdür, hirslidir, kinlidir, qəddardır. İşdə bəxti gətirir, dərin düşünən deyil.
  • MAYDA dünyaya gəlibsə, çox vaxt nəcib keyfiyyətlərə malik olur. Paxıllığını çəkənlər çoxdur. Yaxşı ər olacaqdır. Məhəbbətdə və dostluqda vəfalıdır.
  • İYUNDA dünyaya gəlibsə, əyləncələrə meyl etsədə, yalnız arvadını sevcəkdir. İşdə bəxti gətirmir. Əlinə çoxlu pul gəlsə də, o qədər davam gətirmir. Dost seçməkdə ehtiyatlı olmalıdır.
  • İYULDA dünyaya gəlibsə, onu aldadan qadını sevir. Bu qadının təqsirindən keçir. Sonra alicənablığına görə tale ona yeni uğurlu məhəbbət bəxş edir. Cəmiyyətdə sevilir və hörmətlə qarşılanır.
  • AVQUSTDA dünyaya gəlibsə, mənsəbpərəst və davakardır. Arvadını ehtirasla sevəcəkdir. Lakin məhəbbəti cavabsız qalacaqdır. O qədər ağıllıdır ki, böyük diqqət və nəzakət göstərəcək, nəticədə əziz və sevimli olacaqdır.
  • SENTYABRDA dünyaya gəlibsə, sizə evlənməyi təklif etdikdə, onun səmimiliyinə inanın. Sizi böyük səadətə çatdıracaq, bunun müqabilində özü də səadətə çatacaqdır.
  • OKTYABRDA dünyaya gəlibsə, çox vaxt hərdəmxəyal olur, inanmazdan əvvəl onu sınamaq lazımdır. Yer dəyişmə meyli güclüdür, yalnız qocalıqda avaralıqdan əl çəkir.
  • NOYABRDA dünyaya gəlibsə, vəfasızdır, şirin dil töküb yoldan çıxarandır. Noyabrda anadan olmuş kişilərin vədlərinə inanmayın. Onlar sizi aldadacaqlar, özü də dəfələrlə.
  • DEKABRDA dünyaya gəlibsə, çılğın məhəbbətlə sevəndir, gah vəfalıdır, gah dönük, gah səmimidir, gah fitnəkar, gah üzüyoladır, gah tərs. Məhəbbətindən peşmançılıq çəkəcək və hər halda əla ər olacaqdır.
loading...
SHARE
Şərh yaz