“Undum qoğal olmuşam…”

loading...

Ərzaqlar:

Xəmir:
Maya 30 qr
Yumurta 1 əd.
Qızdırılmış süd 0,5 l
Un təxminən 1 kq
Yağ 250 qr
İç:

Buğda unu

duz

sarıkök

istiot

razyana

cirə

ərinmiş yağ
Hazırlanması:
Bizdə qoğalı Novruz bayramında bişirirlər. Bundan başqa müqəddəs Ramazan bayramında və ehsan üçün.

Resept paxlava ilə eynidir. İç bir az undan, sarıkök, razyana, cirə, duz və istiot əlavə edilərək hazırlanır. Bunların üstünə istilənmiş ərinmiş yağı çiləyin və kütləni yığın. Ələ alanda böyük bir “küftə” olur.

Şor qoğalıda kündələrin sayı mütləq deyil, amma 8-dən az olmamalıdır. Kündələr nazik yayılır, taxtanın üstünə qoyulub hər laya yağ sürtülür. Laylar üst-üstə yığılır. Ərimiş yağ bir qədər istilənmiş olmalıdır və içinə cirə və razyana tökülür. Sonuncu laya yağ sürtülmür. Layları iri kvadratlara doğrayıb onları rulet kimi bükürsüz, burub yastıladırsız və kisəcik şəklinə salırsız. Kisəciyin içinə iç qoyub, qıraqlarını yığırsız və kökə şəklinə salıb üzüqoylu yığırsız.

Ortasında işarə barmaqla çuxur açıb bir az içdən qoyursuz. Səthinə çalınmış yumurta sürtülür, xaşxaş səpilir və 180 gr. selsiyada 20-25 dəg. bişirilir (qızaranadək).

loading...
Şərh yaz