Uşağa ad qoyulması

loading...

Həyat yoldaşım övladımıza münasib olmayan ad qoymaqda israrlıdır, uşağın adı onun gələcək şəxsiyyətinə nə dərəcədə təsir göstərə bilər?

uşağın adının onun gələcək şəxsiyyətinə təsir göstərməsi qəti və şübhəsizdir. Yəni əgər ad yaxşı olsa, onun əxlaqi yüksəlişinə, pis olduqda isə həqarətinə səbəb olacaq.

Ad insanın ömrünün sonuna kimi onunla yoldaş olan və onun şəxsiyyətinin formalaşmasına təsir edən ən mühüm amillərdən sayılır.

Əgər sizin övladınızın adı namünasib olsa, bu, gələcəkdə onun psixoloji rahatlığını təhlükəyə ata, onu ruhi problemlərlə qarşılaşdıra bilər. Buna görə də müqəddəs kəlamlara əsasən, övladın atanın boynunda olan mühüm haqlarından biri atanın ona gözəl ad qoymasıdır.

Həzrət Məhəmməd (s) buyurub:

“Övladın atanın boynunda olan haqlarından biri ona gözəl ad qoymasıdır”.

Müqəddəs İslam dini baxımından uşağa ad qoymaq üçün xüsusi meyar varmı?

Bəli, din böyüklərimiz adın əhəmiyyətini və onun uşağın şəxsiyyətinə təsirini nəzərə alaraq bu məsələyə ciddi yanaşıblar. Belə ki, onlar hətta uşaq dünyaya gəlməmişdən onun üçün ad seçər, öz davamçılarına da belə etməyi tövsiyə edərdilər.

İmam Cəfər Sadiqdən nəql edilmiş kəlamların birində deyilir: “Övladlarınıza dünyaya gəlməmişdən qabaq ad qoyun.” Necə ki həzrət Məhəmməd peyğəmbər (s) qızı Fatimənin övladına dünyaya gəlməmişdən Möhsin adını qoymuşdu.

Övladınıza ad seçəndə aşağıdakı məqamları nəzərə alın:

  1. Adın məna və məzmununa diqqət edin. Ola bilər, ad sözün quruluş və tələffüzü baxımından gözəl olsun, amma bir mənası olmasın. Övladınız böyüyəndən sonra sizdən mütləq öz adının mənasını soruşacaq. Adının mənasını başqaları da ondan soruşacaqlar. Əgər onun adı mənasız olsa, o, valideynlərindən gileylənəcək.
    (uşağın adının mənası pis olanda isə problem neçə qat artır. Həmin vaxt uşaq özündə həqarət hiss edir. Buna görə də həzrət Məhəmməd (s) pis mənası olan adları dəyişdirərdi. O həzrətin Həcər (daş), Zi’b (canavar), Kəlb (it), Küleyb (it tulası), Heysəm (leşyeyən qartal balası), Əntər (eşşək milçəyi) və s. kimi adlardan xoşu gəlmirdi və onları dəyişdirirdi.
    Həzrət Peyğəmbər Qəlil (az) adını Kəsir (çox), Asiyə (günahkar) adını Cəmilə (gözəl), Əbdülüzza (bütün qulu) adını Abdullah (Allahın qulu), Əbdüşşəms (günəşin qulu) adını Əbdülvəhhab (bağışlayanın qulu) ilə əvəzləyib.
    İsgəndər, Çingiz və Teymur kimi adların mənasında bir problem yoxdur, amma onlar, cinayət və qan tökülməsini xatırladırlar.
  2. Övladlarınızdan ən azı birinə “Məhəmməd” adını qoyun. Həzrət Peyğəmbər buyurub: “Dörd oğlu olan və onların birinə mənim adımı qoymayan kəs mənə zülm etmişdir”.
    Uşaqlara din rəhbərlərimizin adlarının qoyulması onların həyatının bərəkətlənməsinə səbəb olur. Hədislərə əsasən, “Məhəmməd, Əhməd, Əli, Həsən, Hüseyn, Cəfər, Talib, Abdullah və Fatimə adları olan evə yoxsulluq daxil olmaz”.
  3. Çalışın, övladınıza milli-mənəvi dəyərlərə uyğun gözəl ad qoyun. Əlbəttə, milli adlar dedikdə qeyri-adi milli adlar, yaxud dini adlar dedikdə qəliz və işlənməyən adlar nəzərdə tutulmur.
    Uşağa milli mədəniyyətimizə yad qərb adlarının qoyulması özünü kiçik saymağın nişanəsidir və şəxsiyyətsizlik çalalarının doldurulması məqsədi daşıyır. Düzdür, öz şəxsiyyətini itirmiş adamlar bu cür adları çox sevirlər, lakin yaddan çıxarmayın ki, cəmiyyətdə və sizin yaxınlarınız arasında milli dəyərlərə bağlı insanlar da çoxdur və onların bu cür adlardan xoşları gəlmir. Bu ad onların sizin övladınızla davranışına təsir göstərə bilər.
    Övladlarımızın adı, gərək, onları Allaha bəndəlik istiqamətinə sövq etsin. Bir nəfər övladının adı barəsində İmam Cəfər Sadiqlə məsləhətləşir. O buyurur: “Ona Allaha bəndəlik ifadə edən ad qoy”.
  4. Övladınıza gözəl ad qoyun. İmam Musa Kazım buyurur: “Atanın ilk yaxşılığı övladına gözəl ad qoymaqdır”.
  5. Ad ilə soyadın uyğunluğuna da diqqət edin və imkan daxilində övladınıza elə ad qoyun ki, soyadı ilə birlikdə gözəl və mənalı tərkib yaratsın.
    Mürəkkəb soyadı olanlar üçün sadə ad, sadə soyadı olanlar üçün mürəkkəb ad daha münasibdir.
  6. Ad seçimində, imkan qədər, bu məqama da diqqət edin ki, qoyulan adı təhrif etmək və dəyişdirmək, onun arxa, yaxud ön hissəsini ixtisar etmək mümkün olmasın.
  7. Uşağa bir neçə cür yazıla və oxuna bilən çətin və uzun adlar qoymaqdan çəkinin.

Beş yaşlı qızım var və onun adı Kübardır. O öz adını bəyənmir və istəyir ki, onu Aydan kimi başqa adlarla çağıraq. Bu problemlə necə davranaq?

Əziz ailələrə tövsiyə edirik ki, uşağa ad qoyanda diqqətli olsunlar. Uşağın valideynin boynunda olan haqlarından biri valideynin onun üçün gözəl və yaxşı mənası olan ad seçməsidir.

Adların mənasını öyrənmək üçün kliklə

Həzrət Məhəmməd peyğəmbər (s) buyurub:

“Övladın atanın boynunda haqqı atanın ona gözəl ad qoymasıdır”.

Öz dilimizdəki qeyri-adi və pis səslənən adlar, həmçinin xarici və bizim mədəniyyətə uyğun gəlməyən adlar uşağa mənfi psixoloji təsir göstərir və onlar uşağı gələcəkdə problemlərlə üz-üzə qoyur.

Öz övladınıza ad seçəndə gözəl və dəyərlərə malik adlardan istifadə edin. Gözəl ad uşaqda dəyər və şəxsiyyət hissi oyadır. Buna görə də Peyğəmbərimiz uşaqların pis adlarını dəyişdirərdi.

Sizin övladınızın Kübra adma gəldikdə isə, qeyd etmək istərdik ki, bu adın gözəl və dəyərli mənaya malik (onun lüğəvi mənası “böyük”dür) olmasını nəzərə alaraq uşağın bu ada rəğbətsizliyinin kökünü tapmaq lazımdır.

Ola bilər, o, Aydan adını televizordan eşidib və özünü ona bənzətmək istəyir, yaxud özünün hansısa adaşından pis xatirəsi var, yaxud bəzi həmyaşıdlarının onu lağa qoyması bu rəğbətsizliyə səbəb olub.

Sözü gedən məsələ bu yaşda elə də problem deyil. Lakin əgər o davam etsə, özünəinam hissinin zəifliyindən və dəyərlilik hissinin olmamasından doğur ki, bu halda, gərək, onun özünəinam hissini gücləndirəsiniz.

İndi siz ona adının mənasını izah edin

Həmçinin ona elm, texnologiya, incəsənət və idman sahəsindəki adaşları barədə məlumat verin.

Onun adının sonuna, xüsusilə başqa adamların yanında olanda “can” və ya “xanım” kəlməsi qoşaraq “Kübra can”, yaxud “Kübra xanım” kimi səsləməyiniz də onda öz adına rəğbət yaranmasında təsirli ola bilər.

loading...
Şərh yaz