Uşağa dərman içirtmək

loading...

Səkkiz aylıq südəmər körpə uşağım var və o, dərman içməkdə müqavimət göstərir. Ona necə dərman içirdim?

Körpələrin çoxu dərman içmək məsələsində müqavimət göstərirlər. Lakin onların dərmanlar, A və D vitaminləri, multi vitamin və sağlamlığı və təbii inkişafı üçün zəruri olan dərmanlarla bağlı müqaviməti müqabilində təslim olmaq lazım deyil. Buna görə də sizin təzyiq yolundan istifadə etməkdən və dərmanı körpənin boğazına tökməkdən – əlbəttə, əsəblə deyil, sakit halda – başqa çarəniz yoxdur.

Onu diz üstündə oturdaraq bir əlinizlə onun hərəkətlərini cilovlayın, digər əlinizlə dərmanı ona içirdin. Bu işdə həyat yoldaşınız, yaxud başqasının köməyindən istifadə etmək də lazım gələ bilər.

Diqqətli olun ki, körpənin qəfil hərəkətləri nəticəsində qaşıq onun gözünə girməsin və ya sifətinə xəsarət yetirməsin. Körpə dərmanlan sirop (maye şəklində) olduğu üçün siz onu körpənin ağzına damcıtökən, yaxud iynəsiz şprislə də tökə bilərsiniz. Körpənin hərəkətini nəzərə alaraq bu vasitələrdən istifadə etmək qaşıqdan daha yaxşıdır. Belə ki, bu halda dərmanın hamısı körpənin ağzına tökülür və onun bir damcısı da ağızdan kənara tökülmür. Sadəcə diqqətli olun və dərmanı təzyiqlə uşağın boğazına, ya nəfəs yoluna tökməyin.

Sizin təzyiq vasitələrindən istifadə etməyiniz, təbii ki, övladınızı əsəbiləşdirəcək. Buna görə də dərmanı içirdəndən sonra ona nəvaziş göstərin.

Gərək, körpəyə dərmanı tez içirdə, sonra onu yelləməklə sakitləşdirəsiniz

Körpələrin çoxu ağızlarını instinkt olaraq açırlar. Lakin əgər sizin övladınız ağzını bağlamaqla müqavimət göstərirsə, bir anlıq onun burnunu tutun ki, nəfəs almaq üçün ağzını açsın.

Ona dərman vermək istəyəndə onunla danışın

Həkim və ya əczaçı məsləhət bilsə, dərmanı ona digər mayelərə qatışdıraraq şüşədə verin. Əlbəttə, diqqətli olmaq və həmin mayenin miqdarını az etmək lazımdır ki, uşaq dərmanın hamısını içsin.

Əgər içilməli dərmanları iynə şəklində olan dərmanlarla əvəz etmək mümkündürsə, körpənizin həkimindən sirop yerinə, iynə yazmasını xahiş edin. Dərman içməkdə müqavimət göstərən körpələrə iynə vurmaq daha rahatdır.

Göz damcısı, yaxud göz kremini onun gözünə yuxuda olanda tökün və ya sürtün

Dörd yaşlı oğlum dərman içmir və ağzını bağlayaraq müqavimət göstərir. Mən nə edim?

Ona dərman içməsinin səbəbini izah edin və bunun üçün həkimdən sizə kömək etməsini xahiş edin. Çünki həkimin izahları daha təsirlidir. Dərmanları onun xəstəliyi ilə vuruşa bilən şücaətli əsgərlərə bənzədin. Yaxşı olar ki, ona müalicənin müvəqqəti olduğunu izah edəsiniz ki, o həmişə dərman içməsinə ehtiyacın olmadığını başa düşsün. Bu məqsədlə bir divar təqvimindən də istifadə edə və onun dərman içdiyi günün üstündən xətt çəkə bilərsiniz.

Övladınıza dərman verən zaman tam ciddi davranın və bu işi elə görün ki, elə bil onun içilməməsi heç təsəvvür belə edilə bilməz. Sizin dərman verən zaman süst olmağınız onun müqavimətini daha da artırır.

Övladınızdan dərman içməsini xahiş etməyin. Onunla həmdərd olduğunuzu ifadə etmək və bu barədə çox izahat vermək onda dərmana qarşı mənfi münasibət yaradır.

Dərman içirtdiyinizə görə ondan üzr istəməyin. Lakin dərman içəndən sonra onun təşviq edilməsi çox yaxşıdır. Təşviq ona şirin və dadlı bir yeməli şeyin verilməsindən ibarət ola bilər.

Uşaqların dərman müqabilində müqavimət göstərmələrinin səbəblərindən biri acı dərmanın onun boğazına böyüklər tərəfindən tökülməsidir. Buna görə də qoyun, dərmanı ağzına o özü qoysun.

Övladınızın müqavimətini azaltmaq üçün heç vaxt səhv üsullardan istifadə etməyin. Ona yalandan dərmanın acı olmadığını deməyin. Çünki bu halda onun sizə inamı itəcək.

Həmçinin dərmanı ona şərbət, şokolat və konfet adı ilə verməyin. Çünki ola bilər, başqa dərmanları da şokolad adı ilə götürüb yesin və təhlükə ilə üzləşsin.

Altı yaşlı qızım sirop şəklində olan dərmanları problemsiz qəbul edir. Lakin həb atmaq və göz damcısı müqabilində müqavimət göstərir. Bu problemi necə həll edə bilərəm?

  1. Onu praktiki şəkildə həb atmağın düzgün qaydası ilə tanış edin. Vitamin həblərindən istifadə edərək ona həbin dilin ortasına necə qoyulmasını və bir stəkan su ilə necə udulmasını, udula bilmədikdə ikinci stəkandan istifadə edilməsini öyrədin.
  2. Ondan sizin göstərdiyiniz bu əməli zehnində təkrarlamasını və təsəvvüründə canlandırmasını istəyin.
  3. Qoyun, o bu əməli bişmiş kiçik kök və ya lobya ilə, yaxud xırda konfet parçası ilə məşq etsin. Yaxşı olar ki, əvvəldə onların ölçüsü həqiqi həb ölçüsündən də balaca olsun.
  4. Həbi bir neçə yerə bölün və o həmin hissələri bir-bir atsın.
  5. Bir qaşıq dondurma, alma püresi, mürəbbə və baldan istifadə etmək həbin udulmasına kömək edir, əlbəttə, əgər həkim və ya əczaçının nəzərincə, dərmanın başqa şeylə qarışdırılmasmda bir problem yoxdursa.
  6. Əgər həkim icazə versə, siz həbi əzib toz halına sala və bir az üzüm və ya gavalı suyu ilə qatışdıraraq ona verə bilərsiniz.
  7. Uşağın gözünə damcı tökmək üçün ondan uzanıb gözlərini yummasını istəyin. Onun göz bucağı tərəfə bir neçə damcı dərman tökün ki, gözlərini açanda dərman buynuz təbəqəyə çatsın.

Yeddi yaşlı qızım maye (sirop) dərmanlar müqabilində müqavimət göstərir. Onun bu müqavimətini necə aradan qaldıra bilərəm?

Uşaqların maye dərmanlar müqabilində müqavimət göstərmələrinin əsas səbəbi onların dadının xoşagəlməz olmasıdır. Buna görə də çalışın, aşağıdakı üsullardan istifadə etməklə bu problemi minimuma endirin:

  1. Dərman içməmişdən qabaq və sonra sərin meyvə şirəsi, kiçik buz parçası, yaxud nanə tamlı şeylərdən istifadə etmək dərmanın pis tamını azaldır.
  2. Damcıtökən, yaxud iynəsiz şprisdən istifadə dərmanın boğazın arxa hissəsinə tökülməsinə və onun tamının az hiss edilməsinə səbəb olur.
  3. Əgər həkim və ya əczaçı icazə versə, maye dərmanı üzüm və gavalı suyu kimi başqa mayelərlə qarışdırın ki, uşaq onun pis tamını az hiss etsin.

Lakin həmin mayelərin çox olmamasına diqqət edin. Çünki ola bilər ki, uşaq onun hamısını içməsin və nəticədə dərman tam qəbul edilməsin.

Dərmanın uşağın (süd, portağal və alma şirəsi və s. kimi) sevdiyi içkilərlə qarışdırılmasından çəkinin. Çünki ola bilər, dərman onların tamını dəyişdirsin və o onları bir müddət içməsin.

loading...
Şərh yaz