loading...

Uşaqlara hansı yaşa kimi daha çox sevgi göstər­mək lazımdır?

Övlada sevgi hansısa xüsusi yaşla məhdudlaşmır və övladın ömrünün sonuna kimi sevgiyə ehtiyacı var. Lakin onun həyatının ilk ilində xüsusi və tam sevgi göstərilməsi olduqca mühümdür, uşağın həyatının ilk ili bağlılıq (həyatının mühüm şəxslərinə möhkəm ruhi bağlılıq) dövrüdür və əgər həmin dövrdə onun üçün sevgi ilə yanaşı, asayişi olan bir şərait də yaradılsa, bu­nun onun gələcəyinə müsbət təsiri olar. İctimai bacarığın artması, şadlıq, problemin, xüsusilə məktəbdən qabaqkı dövrdə problem qarşısında müqavimət hə­min təsirlərdəndir.

Həzrət Məhəmməd peyğəmbər (s) buyurur:

“Uşaqları sevin və onlarla mehriban davranın”.

Bəzi valideynlər öz övladlarını (xüsusilə böyük öv­ladlarını) öpmürlər, halbuki böyüklərimiz bu işi görüb­lər. Bir gün həzrət Məhəmməd peyğəmbər (s) övladla­rından birini dizinin üstündə oturtmuşdu və onun üzündən öpürdü. Cahiliyyət dövrünün kübar şəxslərin­dən biri o həzrətə deyir: “Mənim on oğlum var. İndiyə kimi onların heç birini öpməmişəm”. Həzrət Məhəm­mədin (s) üzünün rəngi dəyişir və ona buyurur:

“Mehribanlıq göstərməyənə mehribanlıq göstəril­məyəcək”.

Həmçinin o həzrət digər bir kəlamında əmr edir ki, uşaqları çox öpün:

“Övladlarınızı çox öpün. Çünki hər öpüşə görə Cənnətdə sizə bir dərəcə veriləcək”.

loading...
SHARE
Şərh yaz