loading...

Övladımı bir yaşında süddən ayırmaq istəyirəm. Görəsən, mənim bu əməlimin onun ruh və canına zərəri var?

Müqəddəs İslam dinində südvermə müddəti tam iki ildir.

“Analar öz övladlarına iki il tamam süd verməlidirlər”

İmam Cəfər Sadiq südvermə müddətinin 21 ay olduğunu qeyd edir və uşağa bundan az süd verilməsini ona zülm sayır:

“Südvermə iyirmi bir aydır və ondan az uşağa zülmdür”.

Əgər hansısa xüsusi probleminiz (ağır xəstəlik, səfər, uşaqdan məcburi ayrılıq, südün azlığı və s.) yoxdursa, tövsiyə edirik ki, övladınıza südvermə müddətini kamil edəsiniz.

uşağa bir neçə ay süd verməklə kifayətlənən qərblilər bu gün İslamın ilahi hökmünün dəyər və faydasını dərk ediblər. Beynəlxalq Səhiyyə Təşkilatı da südvermə müddətinin tam olmasını təkidlə tövsiyə edir.
Bəzi analar uşaqlarını süddən rahat ayıra bilməmək qorxusundan ona 2 ildən az süd verirlər ki, uşaq ona az bağlansın. Lakin bu səhv təsəvvürdür. Əgər uşaq çox süd əmsə, daha sərbəst olar və bu məsələ ilə rahat barışar.

Uşağa qeyri-sabit süd verilməsinin onun qida sisteminə ziyanı varmı və bu, uşaq üçün problemlər yaradırmı?

Uşaqların südə ehtiyacı onların boy, çəki və aclıq dərəcələrinə görə bir-birindən fərqlənir. Buna görə də əgər sizin övladınız daim aclıq hiss edir və süd əmmək üçün ayılırsa, ona müsbət cavab verin və bu məsələdən nigaran olmayın.

Tövsiyə edirik ki, onun yataq otağının ayrılmasını 18 aylığına kimi təxirə salasınız. Çünki gecə sizin bir neçə dəfə yuxudan qalxıb uşağın otağına getməyiniz çox çətindir.

Əgər uşaqla birlikdə yatmağınıza baxmayaraq, sizin üçün gecə yuxudan ayılmaq və uşağa süd vermək yenə də çətindirsə, ona süd vermək zamanını ən azı 1-2 saat artırın. Doktor Üilyam Sirzin (William Sears) nəzərincə, bu zaman fasiləsi məqsədəuyğundur. Çünki onun nəzərincə, bu zaman fasiləsində (ananın südünün artmasına səbəb olan) prolaktin hormonu qanda sabit qalır və bundan artıq fasilədə öz təsirini itirir.

Əgər uşağa süd vermək sizə bu zaman fasiləsi ilə də çətindirsə, zaman fasiləsini bir yaşdan əvvəl üç saata, bir yaşdan sonra isə dörd saata kimi artıra bilərsiniz, əlbəttə, o şərtlə ki, hər dəfə uşağı tam doydurasınız.
Uşaq iki yaşına daxil olandan sonra onun gecə yarısı saat ikidəki əmizdirilmə proqramını da ləğv edə bilərsiniz. Əlbəttə, çox ehtimal ki, bir müddət (təqribən bir həftə) uşaq həmin vaxt ayılanda onun ruhi ehtiyacını ilıq su şüşəsi ilə təmin etmək məcburiyyətində qalacaqsınız.

loading...
Şərh yaz