Uşağın cinsiyyətinin təyin edilməsi

loading...

Valideynlər uşağın cinsiyyətinin təyin edilməsinə müdaxilə edə bilərlərmi?

Uşağın cinsiyyətinin müəyyənləşdirilməsi bəşərin qüdrətindən xaricdir və Allahın qüdrətli əli ilə həyata keçir. Qadınlarda bir cüt cinsi xromosom eyni (xx), ki­şilərdə isə fərqli (xy) olur. Qadın hər halda övladına “x” xromosomu verir. Lakin kişi, ola bilər, ona “x”, ola da bilər “y” xromosomu versin. Beləcə, birinci halda uşaq oğlan, ikinci halda isə qız olur. Buna görə də siz övla­dınızın cinsiyyətinin təyin edilməsinə müdaxilə edə bil­məzsiniz. Lakin bəzi məsələlərə riayət etməklə övladı­nızın oğlan və ya qız olması ehtimalını artıra bilərsiniz.

Görəsən, Əhli-beytdən uşağın oğlan olması barə­də hansısa göstərişlər nəql edilib?

Bu barədə həzrət Məhəmməddən (s) və onun mə­sum ailəsindən bəzi hədislər nəql edilib ki, onlara əməl etmək uşağın oğlan olması ehtimalını artırır.

Həzrət Məhəmməd (s) buyurub:

“Niyyət edin ki, (əgər övladınız oğlan olsa) adını Məhəmməd və ya Əli qoyacaqsınız”.

Uşağın oğlan olması üçün hansısa praktiki yollar varmı?

Bu istiqamətdə ən mühüm amil mayalanma ge­dən fəzanın qələvi1 olmasıdır. Bu halda erkək spermaların hərəkət etməsinə şərait yaranır və uşağın oğlan olması ehtimalı artır.

Aşağıdakı amillər də uşağın oğlan olmasında tə­sirlidir:

  1. Qadının təhrik edilməsi: Cinsi yaxınlıqdan qabaq qadının təhrik edilməsi və onun orqazma (cinsi ləzzə­tin son həddinə) çatması uşaqlıq yolunun qələvi olma­sına səbəb olur və bu mühitdə erkək cinsiyyət daşıyı­cısı olan spermatozoidin fəaliyyəti daha çox olur.
  2. Qadının bədən temperaturunun yüksək olması: Qadının bədəninin temperaturu digər günlərdən çox olan (aybaşıdan təmizlənəndən təqribən bir həftə son­ra) gündən bir gün qabaq toxumqoyma əməli baş ve­rir. Əgər cinsi yaxınlıq və mayalanma həmin vaxt baş versə, uşağın oğlan olması ehtimalı artır. Çünki həmin vaxt uşaqlığın ağzındakı maye 10 qat artıq olur ki, bu da çox qələvidir.

Ovulyasiyanın dəqiq vaxtını termometr, USM və (qa­dınların təqribən 20 faizində) qarının alt tərəfindəki ağrı­lar vasitəsi ilə müəyyənləşdirmək mümkündür. Bu ağrı kisənin içindən çölə toxum atıldığı üçün hiss edilir.

  1. Cinsi yaxınlıqdan çəkinmək: Əgər kişi həyat yol­daşı aybaşı olandan ovulyasiya gününə kimi onunla cinsi yaxınlıqdan çəkinsə, bu onun spermasmın art­masına səbəb olar. Spermaların sayının artması erkək spermaların xeyrinədir.
  2. Spermanın uşaqlığın ağzına çatması: Uşaqlığın ağzının iç tərəfinin ifrazatı qələvi olduğu üçün, əgər cinsi yaxınlıq spermanın uşaqlığın ağzına çatdıracaq şəkildə olsa, erkək spermaların hərəkəti daha çox olar və uşağın oğlan olması ehtimalı artar.
  3. üşaqlıq yolunun qələvi yuyulması: Əgər qadın cinsi yaxınlıqdan qabaq uşaqlıq yolunun daxilini bir litr suya iki qaşıq soda qarışdırıb yusa, uşaqlıq yolunun içi qələvi olar və uşağın oğlan olması ehtimalı artar. (Bu yumanın heç bir ziyanı yoxdur.)

İstəyirəm ki, sonrakı övladım qız olsun. Bunun üçün hansısa yollar varmı?

Bəli, bunun bir sıra əməli yolları var və ən mühüm amil nütfənin bağlandığı fəzanın turşulu olmasıdır. Bu halda dişi spermaların hərəkətinə şərait yaranır və uşağın qız olması ehtimalı artır:

Uşağın qız olmasında aşağıdakı amillər təsirlidir:

  1. Qadının təhrik edilməməsi: Əgər cinsi əlaqə qa­dın təhrik edilmədən baş versə, uşaqlıq yolu turşulu olur və dişi spermalar hərəkət etdiyi üçün bu mühitdə uşağın qız olması ehtimalı artır.
  2. Kişinin sperma azlığı: Əgər ovulyasiyadan 4-5 gün qabaq daha çox cinsi yaxınlıq baş versə, toxum gələnə kimi erkək spermaların potensialı azalır və nəti­cədə dişi spermaların hərəkəti artır.
  3. Spermaların uşaqlıq yolunda qərarlaşması: üşaqlıq yolu turşulu olduğu üçün əgər spermalar ora­da qərarlaşsalar, özlərini uşaqlığın ağzına çatdırmaq üçün orada üzməlidirlər. Belə bir mühitdə də dişi spermalar daha yaxşı hərəkət edirlər.
  4. Nütfənin yuxarı yaşlarda bağlanması: Bəzi kişi­lərdə yuxarı yaşlarda spermaların sayı azalır və bu azalma erkək spermaların ziyanınadır. Yaşlı qadınlarda da uşaqlığın ağzının qələvi ifrazatı azalır və bu azalma uşağın qız olmasına münasib şərait yaradır.
  5. üşaqlıq yolunun turşu ilə yuyulması: Əgər qadın cinsi yaxınlıqdan qabaq uşaqlıq yolunun içini 2 xörək qaşığı ağ sirkə qarışdırılmış bir litr su ilə yusa, uşaqlıq yolu turşulu olar və uşağın qız olması ehtimalı artar. (Bu yumanın da heç bir zərəri yoxdur).
loading...
Şərh yaz