Uşağın tərbiyəsində ata ilə anadan hansının rolu daha artıqdır?

loading...

Təbii olaraq oğul atadan, qız isə anadan örnək gö­türür. Lakin iki dəlilə əsasən, ananın rolu daha böyük­dür:

  1. Uşağın (istər oğlan olsun, istərsə də qız) ana ilə emosional əlaqəsi ata ilə əlaqədən daha çoxdur.
  2. Uşaq (istər oğlan olsun, istərsə də qız olsun) öz uşaqlıq dövrünün çoxunu ana ilə keçirir. Hesablamalara əsasən, uşaq dünyaya gələndən uşaqlıq dövrü­nün sonuna kimi (12 yaşına kimi) 95 min saat yaşayır. Bu 95 min saatın 5 min saatı məktəbdə, digər 5 min saatı isə küçə və məhlədə (ev və məktəbdən kənarda) keçir. Uşaq yerdə qalan vaxtı, yəni 85 min saatı isə birbaşa və ya dolayısı ilə ana ilə olur. Buna görə də ananın rolu daha böyükdür.

Böyük dini şəxsiyyətlərin, hətta təkallahlı qeyri-mü­səlman şəxsiyyətlərin həyatına nəzər salınması da bu iddianı sübuta yetirir. Şəhid dr. Behişti, Əllamə Təba-təbai, Şeyx Ənsari kimi böyük şəxsiyyətlərin çox pak və imanlı anaları olub və anaları onları pak qəlblə, Al­lahı yada salaraq böyüdüblər.

Tarixin cinayətkar şəxsləri isə, adətən, pak ana qoynundan məhrum olublar. Bir gün (tarixin böyük cinayətkarlarından olmuş) Həccac ibn Yusifin anasının evdə uca səslə belə dediyi eşidilib:

(Şeirin məzmunu) Görəsən, içmək üçün hardan şərab əldə edə bilərəm? Görəsən, Nəsr ibn Həccaca necə yol tapa bilərəm? (Nəsr ibn Həccac, Həccac ibn Yusifin anasının aşiq olduğu bir gənc olub.)

loading...
Şərh yaz