Uşağınız gün ərzində neçə saat yatmalıdır

loading...

Uşağımın nə qədər yatmalıdır? Yuxu nizamı uşağın zəkasına necə təsir edir?

Keyfiyyətli yuxu 0-3 yaş arasındakı uşaqlarda inkişafa təsir edən əhəmiyyətli bir faktor olmaqla birlikdə həm fiziki, həm də zehni inkişafı baxımından əhəmiyyətli üstünlüklər təmin etməkdədir. Uşaqlarda fiziki böyüməyə təsir edən hormon ən çox yuxu əsnasında ifraz olunmaqdadır. Bu baxımdan nizamlı olaraq yatan uşaqların inkişafı da nizamlı olaraq inkişaf edir. Əgər əksinə olsa böyümə hormonu əskik ifraz olunar və uşaqların bir çox orqanı, əzələ və sümükləri inkişaf baxımından az inkişaf edər.

Körpənin doğumunun ilk bir ilində, 10-12 saatı gecə olmaq üzrə gündəlik 13-14 saat yuxuya ehtiyacı var. Həyatın ikinci ilində cəmi yuxu ehtiyacı, 1 saat qədər azalsa da 4-5 yaşında belə ortalama 11-12 saatdan az olmamalıdır…

Əgər uşağınız kifayət qədər yatmırsa zehni inkişaf prosesində və fiziki böyüməsi ilə əlaqəli problemlər yaşaya bilərsiniz. Yuxu problemi yalnız böyümə hormonu üzərində deyil digər hormonlar üzərində də mənfi təsir yarada bilər. Bundan əlavə uşağınız lazım olandan daha az yeyir və yüksək kalorili faydasız yeməkləri seçməyə meyl edir. Aclıq duyğusunu daha az hiss edib iştahsızlaşır. Yuxu əskikliyi bunların yanında bacarıqlarını və diqqət tutumunu da aşağı sala bilər, bunun nəticəsində davranış problemləri və qavramada zəiflik.

Uşaqlarınız sizin təxmin etdiyinizdən daha çox yuxuya ehtiyac duymaqdadırlar. Əgər uşağınızın yuxusuz olduğunu anlamaq istəyirsinizsə bunun əlamətləri gün içində narahatlıq yaratmasıdır. Uşağınıza normal yuxu vərdişləri qazandırın. Bu sayədə sağlam böyüdüklərindən əmin ola bilərsiniz.

Bu mövzuda hər hansı bir təklifiniz varsa digər oxucularlada paylaşa bilərsiniz..

loading...
Şərh yaz