loading...

Valideynlər üçün ən vacib məqamlardan biri uşaqları düzgün tərifləməyi bilməkdir. Bu qayda yalnız valideynlərə deyil, həm də başqa qohumlara, tərbiyəçilərə və müəllimlərə də aiddir. Məsələ ondadır ki, uşaq istənilən işi başlamazdan əvvəl pozitiv əhval-ruhiyyəli olmalıdır. Yeri gəlmişkən, bu qayda böyüklərə də aiddir. Bu halda müvəffəqiyyətə əminlik uşaqları ən birinci addımlardan müşahidə etməlidir. Psixoloqların iddia etdiyi kimi iki növ tərif variantı mövcuddur: qiymətləndirilmə və razılıq. Başqa sözlə, standart frazalarla canınızı qurtarmağa çalışmayın, uşağın şəxsiyyətini qiymətləndirməyin, sadəcə övladınıza öz hisslərinizi bildirin. Belə olduqda uşaq anlayacaq ki, sizin ona qarşı olan sevginiz onun müvəffəqiyyətlərindən və ya uğursuzluqlarından asılı deyil və siz onu olduğu kimi çox istəyirsiniz.

Detallara diqqət edin

Uşaq sizə plastilindən hazırladığı fiquru və ya çəkdiyi şəkili gətirərkən, “afərin!” və ya “çox gözəldir” kimi adət edilmiş sözləri tələffüz etməyə tələsməyin. Bu zaman yaxşı olar ki, siz bir-iki dəqiqə şəkilə diqqət ayırasınız və hər hansı yaxşı alınmış detalı tərifləyəsiniz.

Yalnız özünüzlə müqayisə edin!

Çalışın uşağınızı heç vaxt qonşunun və ya rəfiqənizin oğlu və ya qızı ilə müqayisə etməyəsiniz. Yaxşı olar ki, övladınızı özünüzlə müqayisə edin.

Yardım istəyi

Psixoloqlar iddia edirlər ki, uşağa yönəldilmiş yardım istəyi – bu onlara qarşı olan maskalanmış razılıqdır. Uşaqlara kömək və ya məsləhət üçün müraciət etdikdə onlara çox xoş olur. Bu halda uşaq özünü demək olar ki, böyük kimi hiss edəcək.

Səhər və axşam

Uşaqları məhz səhər və axşam tərifləmək lazımdır. Körpələrin günü qucaqlaşmadan, təbəssümdən və zərif sözlərdən başlanmalıdır ki, onlar bütün gün gümrah və yaxşı əhval-ruhiyyədə olsunlar. Yatmazdan əvvəl də uşaqları bir az sığallayıb xoş sözlər demək əhəmiyyətlidir, çünki yatarkən də onlar sevildiklərinə əmin olmalıdır.

Necə tərifləmək olmaz?

Uşağınızda yaxşı alındığı bir şeyə görə onu tərifləməyə dəyməz. Onun təbiət tərəfindən verilmiş yaxşı yaddaşı, rəqs bacarığı və s. heç də tərif üçün səbəb deyil. Bundan başqa, belə layiq olmayan tərif ziyan da gətirə bilər: bu halda artıq körpə “dahiliyə” tez alışır, onun istedadlarından məhrum edilmiş başqa uşaqların üzərində üstünlük hissi yaranır. Əgər sizin uşağınızda nəsə yaxşı alınırsa, bu halda onu heç vaxt başqa uşaqlara nümunə göstərməyin, çünki onlarda bu qıcıqlanmaya, paxıllığa və naxoş rəqabətə səbəb ola bilər.

loading...
Şərh yaz