Uşaq oyuncaqları

loading...

Böyüklərə məxsus əşyalar uşağın diqqətini daha çox cəlb edir, nəyin ki, onun yaşına uyğun oyuncaqlar. Mobil telefon, televizor, açarlar kimi körpələrin marağına bir çox əşya səbəb olur. Sizə bu əşyaların körpələrə vura biləcək ziyanı və xeyiri haqqında bəzi məlumatları çatdırırıq.

Uşaq və mobil telefon

Mobil telefon bir neçə səbəbə görə uşaqları dərhal cəlb edir: o işıqlanır, uca səslər çıxarır və tez-tez böyüklərin əlində olur. Doğrusu sonuncu səbəb – əsasdır, çünki böyüklərin həyat vərdişləri hər zaman körpələrə maraqlı olur.
Fiziki nöqteyi-nəzərdən şüadan başqa mobil telefon ümumiyyətlə, əks göstərişlərə malik deyil.
Onunla oynamaq maraqlı olsa da, o qısa bir müddətdə körpəni bezdirir. İnkişaf planda telefonla bilavasitə onun məqsədli təyinatı üzrə oynamağı tövsiyə edilir: qulağa qoymaq və bu qurğunun köməyi ilə yaxınlara zəng vurmaq olduğunu anlatmaq lazımdır.

Uşaq və kompüter (noutbuk, planşet)

Kompüter texnikasının uşağın sağlamlığına təsirinə bir sıra dissertasiyalar həsr edilib. Söhbət həm fiziki, həm də psixi aspektlərdən gedir.

Texnika məsələlərində orta məxrəc qaydası yaxşı olar ki, uşağın “kompüter arxasında” vaxt keçirməsini ciddi məhdudlaşdırasınız. Lakin unutmayın ki, elektron texnika sizin uşağınıza eyni zamanda inkişaf etməyə imkan yaradır, düşüncəsini və məntiqini yaxşılaşdırır, həmçinin qeyri-standart vəziyyətlərdə hərəkət etmək bacarığını inkişaf etdirir.

Uşaq və televizor

Televizor arxasında vaxt keçirmək uşaqlar üçün faydalı məşğuliyyət deyil. Siz cizgi filmlərinin və xüsusən də “böyüklər üçün” nəzərdə tutulmuş televiziya verilişlərinə baxış seanslarını məhdudlaşdırmalısınız. Hətta əgər körpə tamamilə balacadır və siz onun televizora baxmadığını görürsünüzsə, özünüzü belə vəziyyətlərdən qoruyun. İmkan daxilində televizoru söndürün, onu musiqi səsləri ilə əvəz edin, uşağınızla birgə kitab oxuyun, idrak oyunları və başqa əyləncələrlə məşğul olun.

Əgər körpəniz yenə də televizor qarşısındadırsa, bu zaman cizgi filmi, elmi-kütləvi veriliş (məsələn, heyvanların həyatı haqqında) və ya ailəvi bədii film izləməyə qoyun.

loading...
SHARE
Şərh yaz