Uşaq tərbiyəsinin 20 qızıl qaydası

  1. Ailə üzvləri arasındakı sevgi və səmimiyyəti uşaqlarınıza da hiss etdirin.
  2. Uşaqlarınızın gözləri qarşısında mübahisə etməyin. Ağzınınzdan xoşa gəlməz sözlər də çixa bilər.
  3. Uşaqlarınızın səhvlərini təhqir və ya iztehsa ilə qarşılamayın. Unutmayın onlar da insandırlar.
  4. Uşaqlarınızın bir-birilərini təhqir etməyinə imkan verməyin.
  5. Egər ortada bir günah varsa, günahkarı axtarın və ancaq onu cəzalandırın.
  6. İstər cəza, istər də mükafat verərkən ədalətli olun.
  7. Uşaqlarınıza sevməyi öyrədin.
  8. Onlarla böyük kimi davranın. Amma böyüklərdən gözlədiklərinizi onlardan gözləməyin.
  9. Səhvlərini saymaqdansa, vəzifələrini xatırladın.
  10. Uşağa mərdlik, qəhrəmanlıq timsalı olan insanları nümunə göstərin. Onları düzgünlüyə yönləndirin.
  11. İdmana və musiqiyə həvəsləndirin.
  12. Uşaqların istdəkləri yerə nəzarətsiz getməsinə icazə verməyin. Onlarla yaxından maraqlanın və sərt mövqe tutmamaq şərti ilə təşəbbüsü əldən buraxmayın.
  13. Uşaqlarınızı hər qüsuruna görə cəzalandırmayın, bəzi kiçik səhvləri görməməzliyə vurun. Səhvlərini səbrlə, təmkinlə izah etməyə çalışın.
  14. Uşaqlarınız təmizliyə qarşı həssas olsun.
  15. Uşaqlarınızı kiçik yaşlarda „Xəyali“ şeylərlə (cin,xoxan,qaracı və s.) qorxutmayın.
  16. Verdiyi suallar sizə maraqlı olmasa da onların öyrənmək həvəslərini sındırmayın. Suallara onların başa düşəcəyi şəkildə cavab verin.
  17. Unutmayın, onlar uşaqdırlar və hər hərəkətinizi yaddaşlarına qeyd edirlər.
  18. Uşağınız yaxşi is gördükdə tərifləməyi və hədiyyə verməyi unutmayın.
  19. Təmizlikdə və səliqədə onlara nümunə olun.
  20. Uşağınızın uşaqlığını yaşamasına imkan verin.
loading...
SHARE
Şərh yaz