loading...

Uşaq oyuncaqları nə qədər yaxşı olursa olsun, onlar çox vaxt uşaqlar tərəfindən qırılır. Uşaqlar hətta ən sevdikləri oyuncaqları belə qırırlar. Belə təəssürat yaranır ki, dağıtma hər bir körpənin daxilində yaşayan bir hissdir. Bəs bu zaman uşaqlar nə üçün oyuncaqları korlayır və qırırlar? “Oyuncağın içində nə var” kimi sual körpələri nə üçün maraqlandırır?

Korlanmış oyuncaq problemi hər bir uşağa aiddir. Körpə məyus olur, ağlayır və eyni oyuncaqdan almağı xahiş edir. Bu halda o qırılmış oyuncağın qalıqlarını da atmağa qərar vermədən uzun müddət özündə saxlayır. Belə vəziyyətlərdə necə hərəkət etməyi anlamaq üçün uşaqların nə üçün oyuncaqları qırdıqlarını aydınlaşdırmaq lazımdır.

Uşağın fikrini yayındırmağa çalışın, onu başını başqa şeylərlə qatın. Körpənin əhval-ruhiyyəsini qaldırmağa çalışın və o hirslənənə qədər onu sığallayıb əzizləyin.

Olur ki, körpə oyuncağı sadəcə yorğunluqdan və ya pis əhvaldan sındırır. Körpənizin taqətdən düşməməsinə diqqət edin. Əgər onun yorulduğunu gördünüzsə, bu zaman onu artıq səs-küysüz və sürətli hərəkətlərsiz sakit oyunlarla sakitləşdirməyə çalışın.

Uşağın oyuncaqları onun yaşına uyğun olmaya bilər. Əgər körpəyə oyuncaqlarla oynamaq maraqsızdırsa, bu zaman o oyuncaqları qırmağa başlayacaq. Çalışın ki, körpənin oyuncaqları onunla bərabər artsın. Yaşla körpəyə daha funksional predmetlər lazım olur. Oyuncaq körpənin fantaziyasını inkişaf etdirməlidir.

Mağazada uşağınıza yeni dost seçərkən, danışan, gəzən, mahnı ifa edən, əli ayağı tərpənməyən oyuncaqlardan imtina edin. Düzgün seçim oyuncaqları qırılmadan qoruyacaq.

Uşağa oynamağı öyrədin. Ona oyuncaqları canlandırmağı, maşınlar üçün yol tikməyi, kublardan evcik düzəltməyi, oyun süjetini təşkil etməyi öyrədin. Düşünməyin ki, uşaqlar özləri oynaya bilirlər. Oyun da həmçinin təsəvvür, bilik və bacarıq tələb edən bir işdir.

İçində nə var?

Adi maraq da oyuncaqların qırılmasının daha bir səbəbidir. Uşaqlar dünyanı dərk edirlər və bu normaldır. Yalnız dərk etmə hissi yeni nəsə açmağa imkan yaradır. Uşaqlar sökməyi, yığmağı, yeni üsulda oynamağı sevirlər.

Bəzən oyuncaqları qıraraq, uşaqlar bu oyuncağı onlara hədiyyə edənlərə öz münasibətini ifadə edirlər. Burada artıq daha ciddi ailə məsələlərini həll etmək və belə vəziyyətdən çıxış tapmaq lazımdır. Bəlkə körpəyə yeni oyuncaq deyil, diqqət və sevgi lazımdır.

loading...
Şərh yaz