Uşaqlara heç bir halda bu sözləri deməyin!

loading...

Təəssüf ki, bəzi yeniyetmələri narkoman, manyak, əyyaş və s. kimi sözlər ilə adlandırmaq olar. Bəs bu qorxunc hadisələrin səbəbi nədir? Psixoloqların fikrincə bizim bütün psixiki pozğunluqlarımız uşaqlığımızdan gəlir. Sizə belə nəticələrdən qaçmaq üçün uşaqlar ilə davranışda bəzi məsləhətləri təqdim edirik.

Mütəxəssislərin fikrincə bu sözləri heç bir halda uşaqlara demək olmaz:

Görürsən, səndə heç nə alınmır – qoy mən eləyim.

Əlbəttə körpənin “mən özüm eləyəcəm” deməyinə diqqət etmədən hər şeyi onun üçün etmək daha asandır.

“Qoy mən eləyim səndə yaxşı alınmır, sən bacarmırsan, sən bilmirsən, sən anlamırsan” kimi frazalar psixoloqların fikrincə uşaqları qabaqcadan uğursuzluğa proqramlaşdırır və onda özünə inamsızlıq yaradır. O özünü axmaq, yöndəmsiz, uğursuz hiss edir və buna görə həm evdə, həm məktəbdə, həm də ki, dostlarının yanında mümkün qədər gec təşəbbüs göstərməyə çalışır.

Al götür, sakitləş!

Bu hərəkət uşaqlara inilti və ağlamaqla hər şeyə nail olmağı öyrədir. Bu zaman uşaqlar böyüklərin qadağalarını artıq ciddi olaraq qəbul etməməyə başlayırlar.

Birdə belə elədiyini görsəm sənin canını alacam!

Bir qayda olaraq belə hədələr yalnız sözlərdə qalır. Bu da o deməkdir ki, tezliklə sözlər qüvvədən düşür. Lakin əgər bir neçə dəfə belə vədlərdən sonra valideyn öz sözünü yerinə yetirirsə, bu uşaqda incikliyə və təəccübə səbəb olur. Buna görə uşaq hansı halda onu nə gözlədiyini dəqiq bilməlidir, çünki qəfil emosional münasibət onda çaşqınlıq yaradır.

Bəsdir!

Dərhal sus! Bəsdir! Sakitləş! Sənnənəm!… Uşaqdan başqa kimlə belə danışmaq olar? Hər kəs belə münasibətdən təhqir edilmiş olardı və sizdən üzr istəməyinizi tələb edərdi. Belə münasibət zamanı uşaq həmçinin özünü tamamilə hüquqsuz hiss edərək küsür və “sakitləşmək” əvəzinə etiraz etməyə başlayır.

Sən anlamalısan ki…

…təbiəti qorumaq, böyüklərə hörmət etmək, məktəbə getmək, valideynlərə kömək etmək, papaq qoymaq və s. lazımdır. Çox vaxt uşaqlar həqiqətən də onlara nəyin deyildiyini anlamır. Bu xüsusilə uşaqların həyəcanlı olduğu vaxt daha çox hiss edilir.

Oğlanlar (qızlar) özlərini belə aparmaz!

Qızlar səliqəli olmalı və ağaca dırmaşmamalıdırlar. Oğlanlar ağlamamalı, onlar idmanı sevməlidir və s. Bunları daim təkrarlayaraq valideynlər uşaqlara müəyyən stereotipləri calaq edirlər və uşaqlar artıq böyüdükdə öz emosionallığını və bu stereotiplərdən kənar vəziyyətləri çox çətinliklə qəbul edəcəklər.

Boş-boş şeylərə görə məyus olma!

Ola bilsin ki, bu həqiqətən də cəfəngiyatdır. Lakin uşağın problemlərinə məhəl qoymayaraq böyüklər onun etibarını itirməyə və gələcəkdə onun daha ciddi problemlərindən xəbərdar olmamaq riskinə  gedirlər.

Mənə yazığın gəlsin, məni incitmə…

Bəzən bu ciddi olaraq qəbul edilmir və uşaqlar həqiqətən də yaxınlarının pis vəziyyətinə və əhvalına diqqət etməməyə vərdiş etmiş olurlar.

Bunu almağa pulumuz yoxdur və ya bu çox bahadır!

Uşaqlara mütləq izah edin ki, nəyə görə hər şeyi ardıcıl olaraq almaq olmaz.

Hamının uşağı ağıllıdır (səliqəlidir və s.), amma sən…

Belə sözlər uşağın özünə qiymətini aşağı salır və uşaqlar həqiqətən də bu sözlərə uyğunlaşmağa başlayırlar.

loading...
Şərh yaz