loading...

Həmişə böyüklər olaraq bizlər; uşaqlara izah edir və nələr etmələri lazım olduğunu söyləyirik, amma heç uşaqlarımızın gözündə özümüzün necə olduğunu görə bilirikmi?

Beləliklə, xanim.net psixoloji araşdırmalara əsasən uşaqların gözündən anaları və atalarının 10 kritik səhvini təqdim edir:

1- Zaman zaman söylədikləri və etdikləri bir-birinə uyğun gəlmir. “Etmə”deyirlər, amma özləri edirlər.
2- Bizlərə güvənmirlər, çox qoruyurlar.
3- Həddən artıq çox qaydalar ilə həyatımıza və düşüncələrimizə müdaxilə edirlər.
4- Bizləri peşə seçimində sərbəst buraxmırlar.
5- Keçmişdə edə bilmədikləri xəyallarını və arzlularını bizlərin etməsini istəyirlər.
6- Bizlərin özlərindən fərqli xarakter, şəxsiyyət və dəyərlərə sahib ola biləcəyimizi qəbul etmirlər.
7- Xüsusilə ailənin kiçik uşağıyıqsa və ya atasız böyüyürüksə analarımız bizləri kiçik ərləri olaraq böyüdürlər.
8- Hər şeyi bizim əvəzimizə düşünüb, hazır həlləri önümüzə qoyaraq, özümüzə inamsızlıq yaradırlar. Yəni bizə balıq tutmağı öyrətməyərək, önümüzə hazır balıq qoyurlar.
9- Yalnız maddi ehtiyaclarımızı qarşılayaraq, ana-atalıq vəzifələrini yerinə gətirdiklərini düşünürlər.
10- Özlərinin də ana-atalarından istədikləri şəkildə görə bilmədikləri sevgini, bizə də göstərməkdə çətinlik çəkirlər.

loading...
Şərh yaz