Uşaqların yalan danışmalarının səbəbləri

loading...

Uşaqların yalan danışmağı əksər hallarda onların mənəvi problemlərinə deyil, onları əhatə edən böyük insanların cəmiyyətində onların psixoloji diskomfortuna işarə edir. Buna görə valideynlər üçün əsas bu yalanın səbəblərini aydınlaşdırmaq, onları anlamaq və aradan qaldırmaqdır.

Səbəb №1: Böyüklərdən nümunə

Bəzən məhz yaxın insanlar uşaqlara yalan danışmaq üçün nümunə olurlar. Çünki biz bəzən həyatımızı yüngülləşdirmək, kimisə incitməmək, çətin vəziyyətdən çıxmaq və ya xoşagəlməz izahatlardan qaçmaq üçün yalan danışmağa başlayırıq.
Bəzən isə valideynlər özləri uşaqları yalan danışmağa məcbur edirlər. Məsələn, telefon zəng çaldığı və ya qapı döyüldüyü vaxt onlar uşaqlardan xahiş edirlər ki: “De ki, mən evdə yoxam” və s.
Lakin bu zaman unutmayın ki, balaca uşaqlar öz valideynlərinin həyat prinsiplərini və onların başqa insanlara qarşı münasibətini qəbul edirlər. Bütün tərbiyəvi tədbirlərdən ən yaxşısı şəxsi nümunədir. Buna görə, belə problemlə rastlaşmamaq üçün, valideynlərə hətta xırda şeylərdə belə dürüst olmaq lazımdır. Yaxşı olar ki, yerinə yetirə bilmədiyiniz vədləri verməyəsiniz. Lakin əgər sözünüzün üstündə dura bilmirsinizsə, bu zaman uşaqlara səbəbləri izah edərək mütləq üzr istəyin.

Səbəb №2: Xoşagəlməz nəticələrin qorxusu

Ailədə həddən artıq çox sərtlik və ciddilik qəbul edilibsə bu zaman uşaqlar çox vaxt kiçik səhvlərə görə cəzalandırılmamaq üçün yalan danışmağa başlayırlar.
İlk olaraq öz körpənizə qarşı daim ədalətli olun. İkincisi, başqalarının yanında uşağınızı heç vaxt cəzalandırıb utandırmayın (xüsusən də onun dostlarının yanında).
Əgər körpənin hərəkəti sizi tarazlıqdan çıxardısa, bu zaman onunla danışığı bir az təxirə salın və sakitləşdikdən sonra bu və ya digər məsələni onunla aydınlaşdırın.
Uşaqlarda yalan danışmaq kimi neqativ hərəkət ilə ən effektiv mübarizə vasitəsi – ailədə qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasıdır.

Səbəb №3: Razılıq almaq arzusu

Əgər valideynlər öz uşaqlarını az tərifləyir və tez-tez öz narazılıqlarını göstərirsə bu zaman uşaq özünü çox pis hiss etməyə başlayır. Sevginin çatışmazlığı uşaqları onların əziz insanlarının diqqətini cəlb etmək üçün yalan danışmağa məcbur edir.

Çalışın uşağınızı tez-tez tərifləyəsiniz ki, o özünə inanaraq özünə əmin olsun. Uşağınızı istənilən halda sevin və onun sizə nə qədər əziz olduğunu ona anladın.

Səbəb №4: Şəxsi maraqların müdafiəsi

Böyüklər bəzən uşaqların həyatına sərt nəzarət edərək onları yalan danışmağa təhrik edirlər. Bəzən uşağa, onun yaşıdlarına hörmət göstərmədən, onlara etibar etmədən biz uşaqları gec-tez yalan danışmağa məhkum edirik.
Valideynlər heç bir halda unutmamalıdır ki, istənilən insan və hətta balaca körpə belə, öz sirrinin olmasına ehtiyac duyur.

Siz nə qədər onun şəxsi həyatına qarışacaq və onu daim nəzarətdə saxlayacaqsınızsa, uşağınız bir o qədər öz azadlığı üçün mübarizə aparacaq. Əgər sizi nə isə narahat edirsə, bu zaman yaxşı olar ki, öz həyəcanlarınızı övladınızla bölüşəsiniz. Taktika və səbr göstərin. Qarşılıqlı inam problemi vaxtında görməyə və körpəni təhlükədən qorumağa kömək edəcək.

loading...
Şərh yaz