loading...

Ütünüzün altına yapışan maddələri və ya ərpi təmizləyərkən çox vaxt sərf edirsiniz? Budur, sizi bu problemdən xilas edəcək bir üsulu təqdim edirik:

Ütüləmək qadınların sevmədiyi, darıxdırıcı bir ev işidir. Bəzən ütü birdən-birə sarı sular çıxarmağa başlayır və ütülədiyimiz ağ köynəyi ləkələyir. Bəzən də fikrə gedirik, köynəyi paltarı ütünün altında unuduruq.
Bütün hallarda ütünün alt hissəsi məhv olur və ləkələri çıxarmaq qadınlar üçün problemə çevrilir. Bu zaman nə etməliyik?

Bir kağızın üzərinə duz tökün və ütü istiikən ütüləyirmiş kimi duzların üzərində ütünü irəliyə-geriyə doğru hərəkət etdirin. Sonra ütünü elektrikdən çıxarıb soyumasını gözləyin. Ütü soyuduqdan sonra bir parçanın köməyilə ütünün altını silin, bu zaman ütünün tərtəmiz olacağını görəcəksiniz. //Sevil

utu

 

loading...
Şərh yaz