Üz dərisini hamarlaşdıran maskalar

loading...

Üz dərisini hamar və ipək kimi edən, qırışları hamarlaşdıran maska reseptləri.

  • Sobada soğanağı bişirin, soyudun, təmizləyin (soyun) və çəngəllə əzin. 1 x.q yulaf unu əlavə edin və yaxşıca qarışdırın. Maskanı üzə qoyub 15-20 dəqiqə saxlayın. Maskanı yaş tampon köməyi ilə silin.
  • 1 xörək qaşığı soğan şirəsini qarışdırın. Üzərinə 0,5 stəkan keyfiyyətli qaymaq, 1 çiy  yumurta sarısı (toyuq), 2 xörək qaşığı araq, bir təzə sıxılmış limonun şirəsini əlavə edin. Bütün məhlulları yaxşıca qarışdırın. Maska losyonu üz və boyun hissəsinə hazır tampon vasitəsi ilə hopdurun və silin. 30 dəqiqə sonra qaynanmış suyla yuyun. Bu losyonu  üz dərisi quru, həssas və normal olan insanlara tətbiq etmək tövsiyə edilir.
    Lasyonu  tətbiq etdikdən sonra dərini istənilən sitrus şirəsiylə silsəz soğanın kəskin qoxusu tamamilə yox olacaq. Üzərinə  bir az limon turşusu əlavə edə bilərsiniz.
  • Qırışları hamarlamaq üçün sizə yaşıl gil kömək edəcək. Onu sıyıq vəziyyəti alana qədər kefirlə və ya turş süddə həll edin. Maska hazır olduqdan sonra üzünüzə maska şəklində qoyun. 10 dəqiqə saxlayın və sonra isti və soyuq suyla yuyun.
  • Bu maska qadınlara üzü dərisini yaxşılaşdırmağa və qırışlardan qurtulmağa kömək edəcək. Sizə 1 xörək qaşığı qaymaq, bir yumurta sarısı (toyuq), 1 xörək qaşığı kök şirəsi  lazım olacaq. Bütün inqridiyentləri yaxşıca qarışdırın.  Üzə maska şəklində qoyun və 20 dəqiqə saxlayın. Maskanı ilıq bitki yağıyla silin.
  • Bu prosedur dərini hamarlaşdırır və qırışları aradan qaldırır. Beləliklə, əlləri sadə sabunla bol-bol sabunlayın, bir az diş pastası əlavə edin, onu sabun köpüyüylə qarışdırın və qarışığı üzünüzə boynunuza, dekolte və əl sahənizə vurun. Quruyana qədər saxlayın. Bundan sonra soyuq suyla yuyun. Dərinizin  ipək kimi olmasını  dərhal hiss edəcəksiniz. Sonra bədəni alma sirkəsi əlavə edilmiş suyla yaxalamaq lazımdır.
loading...
Şərh yaz