Üz dərisini hamarlaşdıran nişasta maskası

loading...

Lazım olan inqrediyentlər:

  • Bir çay qaşığı kartof nişastası
  • Bir çay qaşığı süd və ya kefir
  • Bir çay qaşığı təbii bal

İstəyinizə uyğun olaraq  dərinizi vitaminlə qidalandırmaq istəyirsinizsə maskaya bir kapsula vitamin E əlavə edə bilərsiniz. Əgər dərini təmizləmək istəyirsinizsə bir miqdar  yulaf yarması əlavə etmək olar. Bundan başqa, əgər siz dərinizi canlaşdırmağı və maskadan sonra əmələ gələn ləkələri təmizləməyi arzu edirsinizsə, maskanı yuyduqdan sonra  üzünüzü  çobanyastığı buzuyla silin.

Maskanın hazırlanma qaydası  və tətbiqi:

Həmcins kütlə alınana kimi bütün yuxarıda göstərilən inqrediyentləri diqqətlə qarışdırmaq lazımdır. Əldə etdiyiniz maskanı 10 dəqiqə üz dərisində saxlayın, daha sonra üzünüzü iliq su ilə yuyun.

 

loading...
Şərh yaz