Üz rəngini yaxşılaşdıran maska

loading...

2 xörək qaşığı düyünü qaynar suda yaxşıca bişirin. Daha sonra əzin və üzərinə  2 xörək qaşığı sürtgəcdən keçirilmiş xiyar və 1-2 damcı limon şirəsi əlavə edib qarışdırın. Maskanı üzünüzə sürtüb 20 dəqiqə saxlayın. Otaq temperaturunda olan su ilə yuyun.

Yumşaldan maska

4 xörək qaşığı manna yarmasını suda elə bişirin ki, sıyıq sıx olmasın. Üzərinə 1 çay qaşığı ilıq xama və 2 çay qaşığı bal əlavə edin. Üzə vurduqdan sonra  20 dəqiqə saxlayın. Daha sonra otaq temperaturunda olan su ilə üzünüzü yuyun.

Dərini dartan maska

2 xörək qaşığı arpa yarmasını yuyub azca qurudun,  kofe üyüdənlə  üyüdün. Üzərinə yumurta ağını və bir  o qədər alma şirəsi və ya alma püresini əlavə edin ki, sıyıq alınsın. Maskanı 15-20 dəqiqə üzünüzdə saxlayın. Otaq temperaturunda olan  suilə yuyunun.

Qırışların hamarlaması üçün

4 xörək qaşığı herkulesi  stəkanın  ¼ – qədər  isti südün üzərinə əlavə edin, daha sonra soyusumağa qoyun. Üzərinə 1 çay qaşığı zeytun yağı, 1 xörək qaşığı təzə yerkökü şirəsi əlavə edin.  Maskanı üzdə 20 dəqiqə saxlamaq lazımdır. Üzü əvvəl  ilıq suyla, daha  sonra soyuq suyla yuyun.

Dərini nəmləndirən və yumşaldan maska

2 xörək qaşığı bişirilmiş mannanın üzərinə 2 xörək qaşığı sürtgəcin kiçik gözündən keçirilmiş  xiyar və 1 çay qaşığı zeytun yağı əlavə edib qarışdırın. Maskanı  15 dəqiqə üzdə saxlamaq lazımdır. Üzü otaq temperaturunda suyla yumaq və əgər imkan varsa, dərini xiyarın dilimiylə və ya spirtsiz xiyar losyonuyla silmək məsləhətdir.

loading...
Şərh yaz