loading...

Üz üçün gimnastika gözəlliyin və cavanlığın saxlanılması üçün ən yaxşı üsuldur. Uzun müddət belə keyfiyyətləri saxlamaq və məmnuniyyətlə özünüzə güzgüdə baxmaq, sağlamlığı və əla əhval-ruhiyyəni əldə etmək üçün, daim aşağıda sadalanan tapşırıqları yerinə yetirmək lazımdır.

Üz üçün olan gimnastikanın iş prinsipi

İnsanlar sevindiyi, qaşqabağını tökdüyləri və ya danışdığı zaman üz əzələləri fəal işləməyə başlayır  və bunu nəticəsində  üz əzələlərinin gərginliyi artır. Məhz əzələlərin bərabər olmayan işi, qırışların vaxtından əvvəl yaranmasına səbəb olur. Vaxt ötdükcə daim yüklənmiş əzələlər birləşdirici parçaları həddindən artıq gərginləşdirməyə başlayır və bu zaman qırışlar üz ovalının dəyişikliyinə səbəb olur. Bu olmasın deyə  elə bu dəqiqə üzlə məşğul olmağa başlamaq lazımdır.

Əgər tapşırıqları vaxtı vaxtında yerinə yetirsəniz, valehedici nəticələr almaq olar. Bir neçə həftədən  sonra üzün konturu daha dəqiq olacaq. Əlbəttə, belə bir effekt heç olmasa gündəlik 15 dəqiqə məşğul olduqdan sonra üzə çıxacaq.

Üz üçün gimnastika nə qədər faydalıdır

Gimnastikanın üz üçün effekti,  gimnastikaya ayırdığınız vaxtdan və onun icrasının intensivliyindən birbaşa asılıdır. Prosedura zamanı əsas bunları məşq etdirmək lazımdır:

  • alın əzələlərini, hansılarda ki, qırışlar azala və ya tamamilə yox ola bilər;
  • göz qapaqlarının əzələləri, hansılarda ki, gözlərin altında torbalar və qaz pəncələri yox olacaq;
  • yanaq əzələləri, hansılar ki, elastikliyi, tonusu və sağlam qırmızılığı əldə edəcəklər;
  • ağız əzələləri, hansılarda ki, qırışlar hamarlanacaq;
  • boyun əzələləri;

Çənə üçün gimnastika :

Çənəni bərkidən gimnastika çox effektivdir, bu zaman sallanmış dəri çəkilməyə başlayır, çənə yumru və daha zərif olur.

  • Çənənizi irəli çəkin, alt dodağınızı dişlərinizə sıxın və onu ağız boşluğuna doğru çəkin. Kiçik səylə alt çənəni sola və sağa hərəkətə etdirin.
  • Əvvəlcə alt dodağı sola və daha sonra sağ tərəfə, uzatmaq lazımdır. Bu zaman üst dodaq hərəkətsiz vəziyyətdə qalır.
  • Ağız açmaq, kəskin hərəkətlə başı geri atmaq, çənəni gərginləşdirmək. Bu halda çənə qapanmış olmalıdır.
  • Dirsəkləri masaya söykəyib və yumruqları çənənin altında qoyun. Əllərlə müqavimət göstərərək başı irəli əyməyə çalışın. Tapşırıqdan sonra rahatlamağa çalışın.
  • Əllərinizi yumruq çəklində sıxın və irəli uzadın, digər yumruğunuzuda həmin yumruq üzərinə yerləşdirin. Üst yumruğa çənənizi söykəyin və alt yumruqdan təzyiq göstərərək onu qaldırmağa çalışın. Bu halda çənə yumruqlara təzyiq göstərərək aşağı salmalıdır.

Üz üçün gimnastika: qırışlardan qurtulma

  • Ovucunuzu alnınıza, qaşlarınızdan bir qədər yuxarı sıxın. Bu zaman qaşlarınızı aşağı və yuxarıya doğru hərəkət etdirin, əlinizlə təzyiq göstərməyi unutmayın.
  • İki barmağınızı qaşlarınızın arasına qoyun. Daha sonra qaşqabaq tökmək onları bir-birinə yaxınlaşdırmağa çalışın, amma barmağınızla onların birləşməsinə mane olun.

Əgər alın üçün gimnastikanı müntəzəm olaraq etsəniz gicgah, qulaq, alın əzələləriniz möhkəmlənəcək. Bunun sayəsində qırışların yaranmasının qarşısı alınacaq üzünüzdə olan qırışlarınız isə azlacaq.

loading...
Şərh yaz