Üzdəki qırışlara qarşı məsləhətlər

Üzdəki qırışlar
loading...

Üzdə qırışların yaranmasına ətraf mühitin amilləri, qocalma prosesləri və əlbəttə ki, mimika təsir edir. Heç bir hərəkət və ya preparat təbii ki, vaxtı geri çevirə və bizə cavanlığımızı qaytara bilməz, amma müntəzəm olaraq dəriyə qulluq zamanı biz qocalma proseslərinin qarşısını az da olsa ala bilərik.

Yaş ötdükcə dəri incələşir, elastikliyini itirir və daha az təbii yağ istehsal edir ki, bunun nəticəsində də dəri quruyur və qırışlar əmələ gəlir. Lakin qırışların yaranmasını müəyyən həyat tərzi də sürətləndirə bilər. Məsələn, siqaret çəkmək, ultrabənövşəyi şüaların təsiri və ya sadəcə çox parlaq işıq qırışların yaranmasına səbəb ola bilər və ya dərinin qocalma prosesini sürətləndirə bilər.

Qırışlara qarşı üz üçün hərəkətlər sizin üzünüzün əzələlərini bərkitməyə və tonusda saxlamağa kömək edəcək. Məsələ ondan ibarətdir ki, bu cür hərəkətlər qırışların miqdarını azaldacaq güclü üz əzələlərini formalaşdıracaq. Üzdə qırışlara qarşı hərəkətlər bir neçə növə bölünə bilər: ağız ətrafında olan hərəkətlər, alında qırışlara qarşı olan hərəkətlər və ya boyunda qırışlara qarşı ola hərəkətlər.

Qırışlara qarşı üz üçün hərəkətlər demək olar ki, oxşar sxemə uyğunlaşır : üzün müəyyən qrup əzələlərini dartmaq və zəiflətmək lazımdır. Məsələn, təkrarlayaraq “Ye – e, A – a, O-o” səslərini çıxartmaq lazımdır. Digər məsləhət, gözləri geniş açılmış vəziyyətdə saxlayaraq qaşları qaldırıb və salmaq lazımdır. Daha bir variant – ağzımızı açaraq dili olduqca uzun çıxartmaq lazımdır. Üz qırışlarına qarşı hərəkətlər bir ümumi xüsusiyyətə malikdir: onlar necə olursa olsun “şişirdilmiş” formada yerinə yetirilir.

Bu haqda danışmaq qəbul edilməmişdir, amma, ola bilər ki, üz qırışlarına qarşı hərəkətlərin icra edilməsi xeyirdən çox ziyan gətirə bilər. Təkrarlanan mimik üz ifadələri və müəyyən əzələlərin gücləndirilmiş hərəkəti dərinin səthinin altında daimi qırışların səbəbi ola biləcək yer yaradırlar. Üz qırışlarına qarşı olan hərəkətlər, əlbəttə, dərinin qocalmasının əsl səbəblərinə aid deyillər. Dəridə qırışlar ona görə yaranır ki, o elastikliyini itirir.

Təəssüf ki, dərinin təbii qocalmasını dayandırmaq və qırışları tam aradan qaldırmaq mümkün deyil. Amma qocalma prosesini ləngitmək mümkündür. Bunun üçün siz bir sıra tədbirlər görə bilərsiniz, məsələn: siqaret çəkməyin, yayda küçəyə çıxmazdan əvvəl gündən qoruyan kremdən istifadə edin. Bundan başqa çalışın solyariumlardan uzaq durun, çünki ultrabənövşəyi şüalar erkən qırışların əmələ gəlməsinin əsas səbəbidir.

loading...
Şərh yaz