loading...

İspaniyada nəşr olunan bir qəzet asiyalı qadınların daha gənc görünmək üçün təraş olduqları haqqında məlumat dərc edib.

İspanyada nəşr olunan “La Vanguardia” qəzetindç yer alan bir xəbərdə təraş dərini daha diri və daha gənc tutması üçün xüsusilə asiyalı qadınlar arasında yayıldığı iddia edilib.

Yaşlanmağın qarşısını alır

İngilis elm adamlarının reallaşdırdığı bir araşdırmada təraş olarkən zamanla tüklərin daha sərt və daha qara çıxma ehtimalının kişilərə nisbətən qadın dərisində eyni reaksiyanı göstərmədiyi ortaya çıxıb. İngiltərəli üz həkim Michael Prager təraşın dəridə yaşlanmağı gecikdirdiyini bildirərək təraşlı hissədəki dərinin canlılığının digər hissələrə nisbətən daha çox olduğunu söyləyib.

Həftədə 3 dəfə təraş olur

Araşdırmada iştirak edən digər bir həkim Neal Schultz isə illərlə təraş olan bir kişinin eyni yaşdakı qadına görə daha az yaşlandığının məlum olduğunu xatırladaraq bu üsulun qadınlar arasında da tətbiq oluna biləcəyini söyləyib. Araşdırmaya qoşulan Angela Gravin adlı bir qadın həftədə 3 dəfə təraş olduğunu, təraşdan sonra üzünə çəkdiyi kremlərdən çox təsirli nəticələr aldığını və tüklərin nə çox qara, nə də daha sərt çıxdığını ifadə edib.

“Üzümdəki yumuşaqlığı təraşa borcluyam”

Üzündəki tükləri 8 il boyunca həftədə 3 dəfə təraş edən bir qadın “Üzümdəki yumuşaqlığı nə lazer, nə də digər üsullarla əldə etdim. Köpük sürtərək təraş olmaq ən yaxşı üsuldur” deyib. Yaponiyada yaşayan qadınların bu üsulu illərlə istifadə etdiyi və təraş olmağı gözəlliyin bir parçası olaraq gördüyü də bildirilib.

Qadınlara məxsus xüsusi təraş köpüyü istehsal edirlər

“La Vanguardia” qəzeti, həmçininŞ dünyadakı bəzi gözəllik şirkətlərinin qadınlar üçün xüsusi təraş köpükləri istehsal etdiklərini və bunları sürətlə bazara çıxararaq əhəmiyyətli gəlirlər əldə etməyə başladığını yazıb.

loading...
SHARE
Şərh yaz