Üzünüzü alma sirkəsi ilə təmizləyin

loading...

Şampunlar saçlarınızın zamanla cansız görünməsinə səbəb olar. Şampunla saçlarınızı yuduqdan sonra bir stəkan ilıq suya qarışdırdığınız alma sirkəsini saçlarınıza tətbiq edin və 2 dəqiqə gözlədib durulayın.

Sirkə göz ətrafındakı məsamələrinizi möhkəmləşdirər və çirkləri təmizləyər. Üzünüzü təmizlədikdən sonra bir parça pambığa sirkə damladın və dərinizə tonik sürər kimi tətbiq edin.

Duşdan sonra qoltuq altınıza kiçik bir miqdar sirkə sürtsəniz dezodorant funksiyası yerinə yetirəcək. Ayrıca anti-bakteriyal xüsusiyyəti sayəsində pis qoxununda qarşısını alar.

Bir qaşıq sirkə və yarım stəkan suyu qarışdırıb qarqara olaraq da istifadə edə bilərsiniz. Ağızda pis qoxuya səbəb olan bakteriyalara qarşı təsirli olacaq.

Ayaqlarınızın yumşalmasını və pis qoxulardan təmizlənməsini istəyirsinizsə ayaqlarınızı yuduğunuz suya bir miqdar sirkə tökün və 15 dəqiqə boyunca gözlədin.

Varis, qadınların bir çoxuna təsir edən cansıxıcı bir vəziyyətdir. Bir miqdar pambığa sirkə damladın və yatmazdan əvvəl varisli bölgəyə tətbiq edin. Bu sayədə bütün gün üzərinə yük minən qıçlarımız istirahət edəcək.

Duş qəbul etdiyiniz suya 1 stəkan sirkə əlavə etsəniz bədəniniz toksinlərdən təmizlənəcək.

loading...
Şərh yaz