Valideynlərin uşaqlar arasında ayrı-seçkilik qoyma­sının səbəbi nədir?

loading...

Valideynlərin uşaqlar arasında ayrı-seçkilik qoyma­sının səbəbi nədir və bu iş səhvdirmi?

Valideynlər bəzi səbəblərdən uşaqlar arasında fərq qoyurlar. Həmin səbəblər aşağıdakılardan ibarətdir:

  1. Uşaqlann yaşı: Adətən, kiçik uşaq daha çox diq­qət mərkəzində olur.
  2. Uşağın cinsi: Qızlara oğlanlardan daha çox diq­qət göstərilir.
  3. İlk övlad: İlk övlad daha çox diqqət mərkəzində olur.
  4. Uşağın davranışı: Valideynlər sakit uşaqları daha çox sevir və onlara daha çox diqqət göstərirlər.
  5. Valideynin uşaqlıqdakı vəziyyəti: Əgər ana uşaq­lıqda diqqət mərkəzində olmayıbsa, indi qızına daha çox diqqət göstərir. Yaxud əgər o, ailənin böyük övla­dı olubsa və onunla ailənin kiçik uşağı arasında ayrı-seçkilik qoyulubsa, indi o, böyük övladının tərəfini saxlayır. Əgər ata uşaqlıqda diqqətdən kənar olubsa, indi öz oğluna daha çox diqqət edir.
  6. Xüsüsi və hansısa mərhələyə aid səbəblər: Bə­zən uşaqlardan biri müvəffəqiyyət qazanır, hansısa bir işdə uğur əldə edir və bu məsələ ona daha artıq diq­qət edilməsinə səbəb olur.

Uşaqlar arasında ayrı-seçkilik qoymaq düz deyil və mənfi nəticələr verir. Əgər övladlarınızdan birinə han­sısa imtiyaz və qazandığı müvəffəqiyyətlərə görə daha artıq diqqət göstərmək və onu təşviq etmək istəyirsi­nizsə, çalışın, bunu imkan daxilində digər övladınızın yanında etməyin. Əgər həmin övladınızı digər qardaş və ya bacısının yanında təşviq etmək məcburiyyətində qalsanız, həmin qardaş və bacının da müsbət cəhətlə­rini dilə gətirməyi yaddan çıxarmayın ki, kin və paxıllıq yaranmasın.

Bəzən valideynlər həzrət Əlinin “pis iş görəni yaxşı iş görənə yaxşılıq etməklə cəzalandır” kəlamını əsas götürərək pis iş görən övladlarının yanında yaxşı iş gö­rən övladlarını tərifləyir və ya onun üçün hədiyyə alır­lar. Bu, yaxşı üsuldur, amma ondan digər üsullardan (təşviq, duyğuların təhrik edilməsi, məhəbbət göstəril­məsi və s.) istifadə edildikdən sonra istifadə etmək la­zımdır.

Unutmayın ki, övladlarla ədalətli davranış dedikdə məqsəd zahirdəki davranışdır. Yoxsa ki qəlbdə olan məhəbbət ayrı-seçkilik nümunəsi deyil.

loading...
Şərh yaz