Xalçalarınızı bu cür təmizləyin

loading...

Xalçalar evimizin imtina edə bilməyəcəyimiz əşyalarındandır. Ancaq onu da bilməliyik ki, xalçalar özündə daha çox mikrob saxlayır. Bu səbəbdən xalçaların təmizliyi çox önəmlidi. Yaxşı, bəs xalçaları necə təmizləməli? 

Xalçanızı təmizləmək üçün istifadə edəcəyiniz vəsaitlər bunlardı: Nişasta, su, ərəb sabunu, lavanda və nanə ətri.

Bunlardan necə istifadə edək?

İlk öncə nişastanı xalçanın üstünə töküb yaxşıca yayın. Yarım saat saxlayın. Daha sonra tozsoranla xalçanızı təmizləyin. Daha sonra 1 stəkan suyun içinə ərəb sabunu, üzərinə  bir-iki damcı lavanda və nanə ətri əlavə edin. Bu, xalçanızın xoş ətirli olmasını təmin edəcək. Bu qarışıq ilə xalçanızı qəşəng yuyun və quruduqdan sonra tozsoranla təmizləyin.

//aile.lent.az

loading...
Şərh yaz