loading...

Əziz oxucularımız, xanım.net məhz sizin üçün müsabiqə elan edir. Müsabiqənin əsas məqsədi ondan ibarətdir ki, xanim.net oxucuları saytın fəaliyyətlərində yaxından iştirak edib öz istedadlarını bizimlə paylaşsınlar.

Müsabiqə istənilən şəxs üçün açıqdır, sadecə sizdən tələb olunan odur ki, sevgiliniz və ya həyat yoldaşınızla ilk tanışlığınız haqqında 350-500 hərfdən ibarət yazı yazıb, xanimnet@gmail.com ünvanına göndərəsiniz.

Müsabiqənin şərtləri:

  1. Müsabiqəyə hekayənizi  noyabrın 7-si saat 12:00-dan, 14 noyabr, saat 23:00 -a qədər göndərə bilərsiniz. 7 noyabrdan tez və 16 noyabrdan gec göndərilən yazılar qəbul olunmayacaqdır.
  2. Yalnız Azərbaycan dilində yazılan “İlk tanışlıq” hekayələri qəbul olunacaqdır.
  3. Hekayələr 350-500 hərfdən ibarət olmalıdır.
  4. Hekayələr Microsoft Word-də A4 formatında yazılmalıdır.
  5. Hər iştirakçı yalnız 1 yazı göndərə bilər.
  6. Hekayə ilə yanaşı, xanimnet@gmail.com ünvanına iştirakçının adı, soyadı, özü haqqında qısa məlumat və fotoşəkil də göndərilməlidir.
  7. Müsabiqə bitdikdən iki gün sonra nəticələr xanım.net səhifəsinin əməkdaşları tərəfindən dəyərləndiriləcək, 5 ən yaxşı hekayə seçilərək qaliblər elan olunacaqdır.

Qalibləri nələr gözləyir???

  1. Müsabiqəyə göndərilən hekayələrdən 5-inin sahibi qalib seçiləcəkdir.
  2. Qalib gələn yazılar müəllifləri haqqında məlumatla birlikdə xanim.net saytında dərc olunacaqdır.
  3. Qaliblərə Party Pizza tərəfindən 2 nəfərlik kuponlar təqdim olunacaqdır. Bu kuponlara Party Pizzada 2 nəfərlik şam yeməyi daxildir.

Xanım.net kollektivi olaraq hər birinizə uğurlar arzu edir və hekayələrinizi  böyük səbirsizliklə gözləyirik.

 

loading...
Şərh yaz