loading...

Ailə qurmaqda ilk təşəbbüs adətən kişidən gözlənilir. Ancaq müasir dövrdə vəziyyət bir qədər dəyişib: kişilər münasibətləri kağız üzərində rəsmiləşdirməyə tələsmir, ona görə də bu iş də xanımların üzərinə düşür…

Kişiyə necə evlilik təklif etməli?

Heç də bütün qadınlar bu təklifi asanlıqla edə bilmir. Bəziləri hiyləgərliyə əl atır. Onlar elə şərait yaradırlar ki, kişi bu həyati vacib addıma özü razı olur.

Kişini evlənməyə bir neçə yolla təhrik etmək olar. Birinci- onu açıq söhbətə cəlb etmək. Əlbəttə ki, birbaşa rəsmi qeydiyyata düşməkm istəyib-istəməməyi soruşmaq olmaz. Bir qədər dolayı yolla söhbətə başlamaq lazımdır. Məsələn, evlilik təklifi alan rəfiqəniz, filmdən həmin epizod və ya toy haqqında soruşan qohumlardan başlaya bilərsiniz.

Əgər siz kişiyə evlilik təklifi etmək istəyirsinizsə, əvvəlcədən onun reaksiyasımı yoxlayın. Bunu bənzər vəziyyət olan bir filmin müzakirəsi ilə reallaşdıra bilərsiniz.

Evliliyə təhrik olunan kişi tipi “ovçu” tip kişilərdir. Əgər siz sevirsinizsə və özünüzü ailə qurmağa tam hazır hiss edirsinizsə, çəkinmədən belə bir təkliflə çıxış edə bilərsiniz.

 Evlilik təklifinizi təmtəraqlı şəraitdə edin

Gecə ziyafət paltarı geyinin, şam yeməyi hazırlayın və cəlbedici ifadələrlə təklifinizi edin. Bu zaman həyatınızın qalan hissəsini niyə onunla keçirmək istədiyinizi izah edin. Onun yaxşı və dəyərli xüsusiyyətlərindən söhbət açın.

Lakin şər deməsən, xeyir gəlməz məsələsini yaddan çıxarmayın, yəni istənilən cavaba, hətta ən pisə də hazırlıqlı olun. Bir də unutmayın ki, alacağınız cavab heş də hər zaman hisslərlə bağlı olmaya bilər. Məsələn, ola bilsin ki, o, maddi və ya mənəvi cəhətdən buna hazır deyil. Ona görə də addım atmazdan əvvəl onun necə nəticələlə bilənəcəyini də əvvəlcədən düşünün.

loading...
SHARE
Şərh yaz