Xırt-xırtlı kartof dilimləri

loading...

3 porsiya üçün lazım olacaq inqrediyentlər:

  • Kartof – 6 ədəd,
  • Üyüdülmüş suxarı – 25 q.,
  • Bitki yağı – 1 x.q.,
  • Soğan – 2 ç.q.,
  • İri dənli duz – 1 ç.q.,
  • Qurudulmuş və üyüdülmüş sarımsaq – ¼ ç.q.,
  • Rozmarin – ½ ç.q.

Hazırlıq prosesi:

  1. Sobanı 200 dərəcəyə qədər qızdırın. Hər kartofu (orta ölçülü) 8 yerə bölüb bitki yağına batırın.
  2. Xırda-xırda doğranmış soğanı, duzu, sarımsağı və rozmarini suxarılarla qarışdırın. Sonra alınmış qarışığa kartof dilimlərini əlavə edin və elə qarışdırın ki, ədviyyatlar tamamilə kartofa hopsun.
  3. Kartof dilimlərini yağ çəkilmiş tavaya yerləşdirin və xırçıldayan forma və qızılı rəng alana qədər 40 dəqiqə ərzində sobada qızardın.
loading...
Şərh yaz