Xoşbəxt evliliyin sirri

loading...

Evlilik həyatının eniş və çıxışlarla dolu olduğu heç kim üçün bir sirr deyil. Həyatınızı paylaşdığınız adam ilə vermiş olduğunuz “Xəstəlikdə və sağlamlıqda, zənginlikdə və kasıblıqda birlikdəyik” sözü bir tərəfə, qarşınıza çıxacaq daha nə qədər fərqli hadisələr var. Eynilə sahib olduğumuz uşaqlar, etdiyimiz borclar, iş həyatındakı yüksəlmələr, enişlər, itkilər kimi uzun bir siyahı. Həyat enişli-yoxuşlu, bəzən dalğalı bəzən fırtınalı bir dəniz.

Yaxşı evlilik gəmisi bu uzun səfərdə necə irəliləyəcək? Daha əhəmiyyətlisi, bir tərəfdən gəmini rotada tutmağa çalışıb, digər tərəfdən mənzərənin dadını çıxarmağı bacara biləcəyikmi?

Sizə uzun və xoşbəxt bir evlilik yaşayan təcrübəli cütlüklərdən və əlaqə mövzusunda mütəxəssislik təhsili almış kəslərdən zəmanətli və təsirli tövsiyələr tədqim edəcəyik.

Mütəxəssislərdən xoşbəxt evliliyin sirrini soruşduq…

Tövsiyələrimizin hər biri, sizi qızıl evlilik il dönümünüzü qeyd edəcəyiniz günlərə qədrə daşıyacaq.

  • Bir-birinizin ən yaxın yoldaşı olun. Ona qarşı dürüst olun. Ehtiyacı olduğunda yanında olun. Unutmayın, əslində hər biriniz bir-biriniz üçün oradasınız. Heç bir şey bundan daha qiymətli ola bilməz.
  •  Əsla kin tutmayın. Gecələri yataq otağında birlikdə yatacağınızı və ya evin içində yenə baş-başa olacağınızı ağılınızdan çıxarmayın.
  •  Sizin üçün əhəmiyyətli olan hər mövzunu mütləq danışın. Onun üçün əhəmiyyətli olanları dinləyin. Beləcə, qohumlarla əlaqədar vəziyyətlər, maddi problemlər, gələcək planlar haqqında düşüncələrinizi ortaya açıqca qoymuş olacaqsınız. Yoldaşınızı, daha ilk gündən və hər istiqamətiylə tanımaq, irəliləyən zamanlarda qarşınıza çıxa biləcək problemlərdə necə davranacağınızı bilməniz baxımından əhəmiyyətlidir.
  •  Nizamlı olaraq, ona, “Necəsən? Həqiqətən özünü necə hiss edirsən?” suallarını soruşmağa laqeyd yanaşmayın.
  •  Lazım olduğu zaman etdiyinizdən əmin ola bilməniz baxımından, onun üçün əhəmiyyət daşıyan detalları mütləq öyrənin.
  •  Bağlılıq hissiylə eşq arasında necə bir fərq olduğunu bilməlisiniz. Eşq-necə hiss etdiyinizlə əlaqədardır. Bağlılıq isə sevdikləriniz üçün nələr edə biləcəyinizlə əlaqədardır.
  •  Evliliyinizdə bir problem olduğunda mütəxəssislərlə məsləhətləşmə fikri sizi qorxutmasın. Evlilik məsləhətçiləri yoldaşınızla aranızda ola biləcək problemlərdə ünsiyyət qurmanızı asanlaşdırar.
  • İkinizi maraqlandıran bir mövzuda cümləyə “Mən” sözü ilə başlamanız yoldaşınız tərəfindən təcavüzkar bir tutum kimi qəbul edilə bilər.
  • Fikir ayrılıqları narahat edici deyil. Hətta yoldaşınızı daha yaxşı anlamanız üçün sizə fürsət yaradar. Onu diqqətli şəkildə dinləyin və tam olaraq nə söyləmək istəyir bunu anlamağa çalışın.
  • Bir mövzunu müzakirə edərkən, yoldaşınızın sizə qarşı rəftarından narahat ola bilərsiniz. Bu kimi vəziyyətlərdə problem yaratmaqdansa mövzunu mümkün olduğu qədər qısa kəsməyə çalışın. Ona dönüb “Bu mövzunu burada bağlayaq. İndi söyləyərsənmi, axşam yeməyində qırmızımı, yoxsa ağ şərabmı seçərsən?” tərzi bir cümlə kifayət qədər təsir edici olacaq.
  • Onunla bağlı gözəl şeylər düşündüyünüzdə, bunu söyləyin. Dərhal söyləyin! Gözəl sözlər və iltifatlar, sizin əlaqə bankınızdakı ən əhəmiyyətli sərmayənizdir.
  • Aşiq olmaq həyatdakı ən gözəl mükafatdır. Bundan daha yaxşı olansa artıq həyatın çətinliklərinə qarşı tək başınıza deyil, cüt olaraq dayana bilmə hissidir. Bu sözü unutmayın və hər nə olursa olsun daim onun yanında olduğunuzu bilməsini təmin edin.
  • Anlaşılmazlıqlarınız ola bilər. Əhəmiyyətli olan anlaşılmazlıqların varlığı deyil, onları həll edərkən müasibətinizi ən az köhnəldəcək üsulu tətbiqinizdir.
  • Evlilik qərarı alarkən, mən bu adamla həyatımı keçirə bilərəm, o mənim üçün doğru adam hissi olmalıdır. Onunla evliliyi xəyal etdiyinizdə, həyəcanlanmanız, ürəyinizin çarpması lazımdır. Ən əhəmiyyətlisi “Mən, bu insanla evlənmək üçün önümə çıxa biləcək bütün çətinlikləri, mərhələləri və ola biləcək çətinlikləri sinə gələ bilərəmmi?” sualına “Bəli” deyə bilməkdir.
  • Evlilikdə ən əhəmiyyətli şey sevgi və hörmətdir. Bu ikisini itirmədiyinizdə evliliyinizdə həll edilməyəcək problem yoxdur.
  • Bir-birinizin ailəsi haqqında pis danışmayın.
  • Hər gün təzə bir başlanğıcdır. Hər yeni günə bu inancla başlayın və evliliyinizin illər keçdikcə köhnəlməsinə icazə verməyin.
  • Uşaqlar olduqdan sonra həyatınızı uşaqlara görə dəyişdirib məhdudlaşdırmayın. Yoldaşlardan biri uşaqlara çox düşkün olsa evliliyin tarazlığı pozular.
  • Hansısa sözü və ya davranışı sizi incitdımi? Keçmişdə sizi yaralayan və ya incidən hadisələrə geri dönüb birlikdə bir nəzər salın. Bunu zaman zaman və sırayla edin.
  • Yoldaşınızla danışarkən düşünmədən, özünüzü dartmadan reaksiya verməyin, ona əsəbi cavablar verməyin. O an mühit uyğun deyilsə danışmağı başqa bir zamana təxirə salın.

 

loading...
SHARE
Şərh yaz