Xoşbəxt olmaq üçün…

loading...

Sevinc dolu bir həyat yaşamaq, xoşbəxt olmağın sadə yollarına zehni istirahət, idman, masaj seansları, düzgün qidalanmaq, zərərli işlərdən uzaq olmaq, maraq dairəsi və s. amillər daxildir.

Zərərli işlərdən uzaq olmaq

Xoşbəxt olmaq üçün həyatda mənfi təsirlər göstərən hər şeydən uzaqlaşmaq lazımdır. Zərərli işlər və vərdişlər insan sağlamlığı üçün böyük təhlükədir.
Depressiv düşüncələr insan zehnində müxtəlif problemlərə yol açır. Bu baxımdan faydalı işlərlə məşğul olmaq, zərərli vərdişləri tərgitmək lazımdır.

Qidalanmaya fikir vermək

İnsan sağlam olduqda xəstəliklərdən uzaq, mənalı və xoşbəxt həyat yaşıyır. Bu baxımdan sağlam olmaq üçün düzgün qidalanmaq vacibdir. Alınan sağlam qidalar insanın sağlam və gümrah olmasına yaxşı təsir göstərir. Bu baxımdan istəyə uyğun çiy tərəvəzlərdən, meyvələrdən, çərəzlərdən istifadə edə bilərsiniz. Gündə 2 litr su içmək də faydalıdır.

Marağa uyğun işlərlə məşğul olmaq

Marağa uyğun işlərlə həftə sonları məşğul olmaq lazımdır. Bu insanın rahatlığını təmin edərək, yeni insanlarla ünsiyyət qurmasına imkan yaradır.
Yaxşı işlər gördükdə insan həvəsi və enerjisi istənilən səviyyədə olur. Belə vəziyyətlərdə insan özünü daha xoşbəxt və yaxşı hiss edir.

Zehni istirahətə vaxt ayırmaq

Sıx templi işlərlə məşğul olanlar bəzi hallarda həyatdan zövq ala bilmirlər. Bu baxımdan onlara zehni istirahət mütləqdir.
Ən azı gündə 5 dəqiqə zehni istirahətə vaxt ayırmalıdırlar. Zamanla bu müddəti artıraraq iş və ya məktəb həyatında yaxşı performans qazanmaq olar.

İdmanla məşğul olmaq

Müasir dövrdə idmanla məşğul olmaq sağlam həyat tərzinin sadə və effektiv yollarından biridir. Bu baxımdan proqramlı və səmərəli məşqlər vaxt itkisinə və ruh düşgünlüyünə səbəb olmur və insanların gümrah, sağlam, xoşbəxt olmasına xidmət edir. Tezdən edilən məşqlər daha çox təsirlidir. Yorucu bir işlə məşğul olanlar axşam saatlarında qısa gəzinti edə bilərlər.

Gözəl görünüşə malik olmaq istəyənlər əzələ toxumasına fikir verməlidirlər. Professional idmanla məşğul olanlar protein kokteyllərindən istifadə edə bilər.

Məşqlərə başlamazdan əvvəl isinmə hərəkətləri zəruridir. Faydalı idman növlərindən olan üzgüçülük, velosiped, qrup idmanı (volebol, futbol və s.) daha çox xeyirlidir. Məşq prosesində motivasiya çox əhəmiyyətlidir. Bu baxımdan həvəsləndirici musiqiyə qulaq asmaq da pis olmaz.

İdmanla məşğul olmaq həm də müxtəlif xəstəliklərə qarşı təsirlidir. Yüngül məşqlər ürək xəstəliyi olanlar üçün dərman qədər faydalıdır. İsveçrənin Gothenburg Universiteti idmanın insan sağlamlığına faydası ilə əlaqədar tədqiqatlarda məşqlərə başlayan hər bir insanda epilepsiya riskinin aşağı olduğunu bildirib.

Masaj seansları götürmək

Gərgin gün keçirən insanlara yaxşı istirahət, dincəlmək olduqca vacibdir. Aromaterapiya yağları əzələləri boşaltmağa və bədəni rahatlaşdırmağa kömək edir.
Bu baxımdan müalicəvi masaj seansları götürmək məsləhətdir. Ümumi sağlamlaşdırıcı və idman massajından fərqli olaraq müalicəvi massaj, çox vaxt pasiyеntin bədəninə müxtəlif məlhəmləri sürtməklə həyata kеçirilir. Dəriyə hoparaq bu məlhəmlər müəyyən müalicəvi еffеkt vеrir. Bədəni müvafiq yağlarla sürtməkdən əvvəl, çox vaxt xəstələrə xüsusi müalicəvi vannaların qəbulu da məsləhət görülür. Müalicəvi masajın bütün növləri böyüklər üçün faydalıdır.

Bildiyimiz kimi təbabətdə masaj iki cür aparılır. Bunlardan biri yüngül masaj, ikincisi isə güclü masajdır. Yüngül masajdan əməliyyat keçirən xəstələrə də tətbiq olunur. Çünki, istifadə təsirindən beyin qabığında tormozlayıcı proseslər qüvvətləndiyindən əməliyyatdan sonra insanda yatmaq meyli oyanır. Güclü masaj isə dəridə duyğu sinirlərin oyanmasına təsir göstərir və bir sıra xəstəliklərdə ağrıların azalmasına, təmamilə yox olmasına səbəb olur. Yerli və reflektor təsirlər nəticəsində masaj qan və limfa dövranını da sürətləndirir. Bundan əlavə ümumi masaj orqanizmdə oksidləşmə prosesini gücləndirir, daxili üzvlərin funksional qabilliyyətini artırır.

loading...
SHARE
Şərh yaz