loading...

İnsan idmanla məşğul olmursa belə müntəzəm olaraq bir xurma meyvəsi yemək arıqlama effekti verir. Gürcü alimləri xurma ilə təcrübələr aparmış və nəticəyə gəlmişlər ki, bu payız meyvəsi dietologiyada əvəzolunmazdır.

Tədqiqatda fitneslə məşğul olmayan 64 insan iştirak etmişdir. Həkimlər onlara naharda 1 ədəd xurma yeməyi məsləhət görmüşlər. Nəticədə 2 ay sonra bədən kütləsinin 3-5 kq azalması müşahidə olunmuşdur.

Xurma meyvəsi insanlar adi həyat tərzini dəyişmədən belə effektini göstərir. Bu, onun tərkibindəki yağ mübadiləsini sürətləndirən maddələrin hesabına baş verir. ” heç bir idman yükü olmadan bədənin yağdan azad olması baş verir”- mütəxəssislər xəbər verir.

Xüsusi olaraq iki aylıq tədqiqat zamanı iştirakçılardan heç birinin sağlamlığında heç bir problem müşahidə olunmamışdır. Tədqiqatın erkən mərhələlərindən etibarən xurmanın lipid mübadiləsinə müsbət təsiri ilə yağ ehtiyatının sağlam şəkildə istifadə olunması müşahidə olunmuşdur. Bir çox həkimlər razılaşırlar ki, xurma yeməklə arıqlmaq mümkündür.

Belə effektinə görə bu şirəli, lətli meyvə ən dietik məhsulların üçlüyünə daxil edilmişdir. Müalicəvi təsirinə görə isə yalnız sitrus meyvələrindən geri qalır. Mütəxəssislərin iddiasına görə xurma sevənlər 5 gün ərzində yalnız xurma yeməklə artıq 4-5 kq çəkidən azad ola bilərlər.

Xurma- böyük vitamin ehtiyatına malikdir. B qrup, C və PP vitaminlərlə zəngindir. Mikro elementlərdən isə fosfor, kalium, dəmir, natrium, kalsium və maqnezium qeyd olunur. 100 q xurma lətində 65 kalori vardır. Ancaq narıncı meyvənin tərkibində lif və pektinlərin çox olması tez bir zamanda toxluq hissi bəxş edir. Belə xurma pəhrizin əsas tərkib hissəsi kimi qeyd olunur.

Xurma üzərində qurulmuş mono-pəhriz zamanı gün ərzində 2 kq-a yaxın xurma yeyilməsi tələb olunur. Doğrudur bu tip qidalanma psixoloji olaraq çətindir. Daha asan odur ki, səhər yeməyi, ara yeməkləri əvəz edilsin. Məsələn, ilk sutkalar səhər yeməyini, sonrakı günlər naharı xurma ilə əvəz etmək olar. Bundan başqa şəkərsiz ot və meyvə çayları içmək lazımdır.

loading...
SHARE
Şərh yaz