XXI əsrin şəhzadəsi: Dəb ikonası

loading...

Kim deyir ki, şəhzadələr ancaq qədim dövrlərdə və nağıllarda olur? XXI əsrin də öz şəhzadələri var. Xanim.Net bu dəfə Sizə həmin şəhzadələrdən biri olan, keçmiş Qatar əmirinin həyat yoldaşı Moza bint Naser əl-Misneddir.

Ərəb şahzadəsi Qətər dövlətinin əmiri Şeyx Həməd bin Xəlifə Al Taniyə ilə 18 yaşında 1977-ci ildə ailə həyatı qurub. Şeyxa Moza Al Taniyənin üç arvadından ikincisidir. Xanım Şeyxa Moza 1995-ci ildə Qətər elm, təhsil və ictimai inkişaf fondunun sədri olub. 1998-ci ildən isə Ərəb Demokratiya Fondunun rəhbəri və ailə məsələləri üzrə Ali Şuranın prezidenti vəzifələrində çalışıb. 2002-ci ildən Ali Təhsil Şurasının vitse-prezidenti, 2003-cü ildə UNESCO-nun xoşməramlı səfiri seçilib. Hazırda o Veill Kornel Tibb Kollecinin idarə heyətinin üzvüdür. “Forbes” jurnalı xanım Mozanı 100 ən güclü qadından biri kimi elan edib.

Öz ölkəsində milli geyimlərlə gəzən Moza, ölkə xaricində bir-birindən gözəl modellər geyinir. Dünyanın ən öndə gedən markaları ilə arası yaxşı olsa da, o da bütün zövqlü xanımlar kimi “Chanel” vurğunudur. Onun geyimləri heç kəsin diqqətindən yayınmır, elə buna görə də, dünyanın bir çox jurnallarında müzakirə mövzusu olur. Bu gün mən də Publika.Az-ın oxucularını Qətərin birinci xanımının stili ilə yaxından tanış edəcəyəm.

Çalma və göz qamaşdırıcı sırğalar – Şeyxa Moza çalma stilini dəbə gətirib, onu qoruyan xanımlardan biridir. Amma alışdığımız çalmalardan  bir xeyli fərqlənir. Onun stilinin özəlləyi də məhz bundadır, çalmaları da geyimləri ilə uyğun olmalıdır. Çalmanı gözəgəlimli, böyük sırğalarla tamamlayır. Bəzən isə çalmaya maraqlı broşlar ilişdirərək öz imzasını qoyur. Xüsusən də zinət əşyalarını bir-biri ilə ustalıqla birləşdirən dəb ilahəsidir.

Kəmər – Şeyxa Moza qadın bədən quruluşunu vurğulayan zərif geyimlərini kəmərlərlə tamamlayır. Yaxud da çox kəmərli geyimlərə və pencəklərə üstünlük verir.

Uzun ətəklər və donlar – Birinci xanımın şalvarlarla bir o qədər də arası yoxdur. Uzun ətəklər və donlarda da çox eleqant görünür. Uzun ətəklərini çox vaxt stilettolarla tamamlayır. Boyu uzun olmasına baxmayaraq, ictimai yerlərdə altı düz ayaqqabılarda görünməyi xoşlamır.

Parlaq rənglər – Şeyxa Moza parlaq rənglərdən qaçmır. Əksinə, onları öz dostuna çevirə bilib. Xüsusən də yaşıl, bənövşəyi və çəhrayı tonlarına daha çox müraciət edir. Onun qarderobundakı geyimlərin çoxu bir tondadır. Belə ki, Şeyx Moza geyimlərdə rəngləri bir-birinə qatıb-qarışdırmağı sevmir. Onun üslubunda minimalizm öz sözünü deyir, əynində maksimum iki rəng daşıya bilər, artıq heç nə olmaz.

Manto paltarlar – Xarici səfərlərində həm manto, həm də paltar adlanan geyimləri birləşdirir. Cəsur seçimləri və özünəməxsusluğu ilə hər kəsə dərs verən bu xanımdan daha çox ilham almaq üçün Publika.Az-ın qadın bölməsinin seçdiyi fotolara göz atmağı unutmayın.

loading...
Şərh yaz