Yaddaşda saxlayın ki unutmayasız!

Evdarlıq

Həmişə aktual və lazım olan faydalı məsləhətlər…

  • Qaz plitəsinin səthini isti bitki yağıyla silsəniz, üzərində olan paslar yox olacaq.
  • Sürtkəci hansında ki, siz pendiri sürtməyə hazırlaşırsınız, bitki yağıyla sürtün. Pendir sürtkəcə yapışmayacaq və onu yumaq daha asan olacaq.
  • Əgər mətbəxdə xoşagəlməz qoxu varsa, tavaya bir az sirkə tökün və zəif odda sirkə buxarlanana kimi saxlayın.
  • Mətbəx plitəsindən piyli ləkələri təmizləmək üçün isti lövhənin üzərinə duz səpib və kağızla silmək lazımdır. Qurumuş (solmuş) ləkələrin silinməsi üçün əvvəlcə içməli soda ilə, daha sonra bir neçə damcı naşatır spirtini bir stəkan suya əlavə edib silmək lazımdır.
  • Sarımsağın dilimini sürtmək və əlləri cızmamaq üçün, sürtkəcə sellofan qoymağı və onun vasitəsilə sarımsağı sürtməyi məsləhət görürük. Bu üsul daha bir üstünlüyə malikdir: bütün xırdalanmış sarımsaq sürtkəcdə yox nazik pərdədə qalır.
  • Yeni mətbəx klonkasını sirkə və südün (yarıbayarı) qarışığıyla silin, bu onu çatlardan qoruyacaq.
  • Sürtkəci sumbata kağızıyla silsəniz əvvəlki kimi yenidən kəskin olacaq.
  • Kip bağlanan çörəkqabıya bir az duz yerləşdirsəniz, bu çörəyi kifdən qoruyacaq.
  • Siz asanlıqla mayonezi xamayla əvəz edə bilərsiniz. Sadəcə xamaya bərk bişirilmiş (qayğanaq edilmiş) yumurtanın sarısını və çay qaşığı xardal əlavə edərək.
  • Əgər kökün və ya limon dilimini xardal bankasının qapağının altına və ya kolbasanın kəsiyinə qoysanız hər iki məhsul uzun müddət öz təravətini saxlayacaq.
  • Sobada güclü çirklənmiş yerləri naşatır spirtiylə isladıb və gecəyə qoyun (saxlayın) – səhər adi lifin köməyi ilə palçığı təmizləyin.
  • Əgər ətçəkəndə bıçaqlar kütləşdisə: suxarıları qurudun və onları ətçəkən vasitəsilə döndərin. Nəticədə kotletlər üçün unlanmış suxarılar və iti bıçaqlar əldə edəcəksiniz.
  • Əgər termosda “yad” qoxu çıxdısa – eybi yoxdur: ona iki xörək qaşığı düyü əlavə edib su tökün və bir neçə dəfə yaxşıca silkələyin. Sonra isti suyla yaxalayın.
  • Əgər siz içkilər və kokteyllər üçün buzdan istifadə etməyə hazırlaşırsınızsa, qabın hər hüceyrəsinə albalının (kompotdan və ya mürəbbədən) və ya istənilən başqa giləmeyvəni qoyun. Meyvə suyu tökün və dondurucu kamerasına qoyun. Belə kublar çox təsirli görünür.
  • Əgər xamaya bir az süd əlavə etsəniz, o sousda laxtalanmayacaq.
  • Kifdən, açıq tomat pastasının qorunması üçün qapağa bir az quru xardal vurmaq lazımdır.
  • Bankada açıq qalmış tomat pastasını narın duz səpib və bitki yağıyla kifdən qorumaq olar.
  • Solğun göyərtiləri (yaşıllıq) təravətləndirmək üçün, əvvəlcə onları isti suya daha sonra isə soyuq suya salmaq lazımdır.
loading...

Sizdə öz məsləhətlərinizi bizimlə paylaşa bilərsiniz..

loading...
Şərh yaz