Yağlı və sızanaqlı üz dərisi üçün maskalar

Yağlı və sızanaqlı üz dərisi üçün maskalar

Bu maskalar dartmaq və bakterialardan azad etmək kimi funksiyalara malikdirlər. Hüceyrələrin qan dövranını yaxşılaşdırırlar.

  • 1 yumurta ağı köpük halına gələnə qədər çalınır və bunun üzərinə damcı damcı 1 xörək qaşığı odekalon əlavə olunur. Həmçinin 1 xörək qaşığı kamfara spirti, qarağat və quşarmudu (üvəz) şirəsi əlavə olunur. Üzdə maskanı 20 dəqiqə saxlamaq lazımdır, ilıq sonra soyuq su ilə yuyulmalıdır.
  • 1 çay qaşığı quru xardal iki çay qaşığı bitki yağı ilə qarışdırılır.Maskanı üzünüzdə 15-20 dəqiqə saxladıqdan sonra ilıq çayda və ya cökə çayında və çobanyastığı çayında isladılmış pambıq ilə yuyun.
  • 1 xörək qaşığı dəniz otu (laminariya) sıyığını 1 yumurta ağı ilə (çalınmış), bir çimdiy dəniz duzu, 1 çay qaşığı limon şirəsi, 1/3 çay qaşığı xardal ilə qarışdırın. Maska üzdə 15 dəqiqədən artıq qalmalıdır.
  • Süddə əridilmiş 20 qr mayanı 1 yumurta ilə, 1 xörək qaşığı bal ilə, 1 xörək qaşığı zeytun yağı ilə qarışdırın. Maska üzdə 30 dəqiqə qalmalıdır. İlk öncə ilıq sonra soyuq su ilə yuyulmalıdır.
  • 20 qr mayanı, xama halına gəlincəyədək, limon şirəsində açın. Üzdə maska 15-20 dəqiqə qaldıqdan sonra yuyulur.
  • 50 qr maya 1/3 stəkan ilıq suda açılır. ½ çay qaşığı şəkər tozu və 1 xörək qaşığı un əlavə olunur. Maska üzə 30 dəqiqəlik sürtülür, otaq temperaturalı su ilə yuyulur.
  • 20 qr maya və 30 qr un ilıq süd ilə açılır, yaxşıca qarışdırılır. Üzdə 20 dəqiqə saxladıqdan sonra yuyulur.
  • 20 qr maya 20 qr qatıq ilə qarışdırılır. Maska üzdə 40 dəqiqə saxlanılır, ilıq su ilə yuyulub götürülür.

BƏNZƏR MƏQALƏLƏR