Yanmış saçlara qulluq

Yanmış saçlara qulluq

Gözəllik qurban tələb eləyir. Lakin bu qurban sizin yanıq saçlarınız olacaqsa vəziyyəti tez bir zamanda düzəltmək lazımdır. Saç ütüsü, kimyəvi müdaxilə və ya fendən istifadə edərkən zərər görən saçlara xüsusi qulluq lazımdır. Bunun üçün siz mağazalarda satılan xüsusi saç maskalarından alıb istifadə edə bilərsiniz. Həftədə 2 dəfə saça qoyulan bu maska öz müsbət təsirini verəcəkdir.

Hazır maskanı saça necə qoyuruq?

Qabın içində 2 xörək qaşığı yuyulmayan kondisioneri və maskanı qarışdırb təmiz nəm saşlara yaxırıq. Saçları qaynar dəsmala bükürük, 1-2 dəqiqə saxlayırıq və yeni qaynar dəsmal ilə əvəz edirik. Beləcə dəsmalları dəyişərək 20-30 dəqiqə maskanı saçda saxlayırıq. Bu proseduru həftədə 1 dəfə təkrar edin.

Siz bu kimi maskaları öz əllərinizlə də hazırlaya bilərsiniz.

Maska №1

[colored_box color="blue"]1 xörək qaşığı ayı pəncəsi yağı (репейное масло), 1 ədəd yumurtanın sarısını, aloe şirəsi və mayonezi qataraq masaj edərək başın dərisinə yeridin. Sonra maskanı daraqla saçın uclarına kimi çəkin. Sonda başınızı polietilen paketə bükərək maskanı bir neçə saat saçınızda saxlayın. Bir müddət sonra saçınızı ilıq su və şampun ilə yuyun.[/colored_box]

Maska №2

[colored_box color="yellow"]1 xörək qaşığı konyak, 1 xörək qaşığı bal, yumurtanın sarısını və ayı pəncəsi (və ya zeytun) yağını qarışdırın. Saçların parlaqlığını qaytarmaq üçün  maskanın içinə bir neçə damcı limon şirəsi əlavə edin və 1 nömrəli maska kimi saçınıza yeridin.[/colored_box]

Saçlara qatıq və ya pivə qoymaqla onlara canlılığı qaytara bilərsiniz.