loading...

Türkiyədə və Azərbaycanda maraqla izlənən “Ben bilmem, eşim bilir” yarışmasının aparıcısı, aktyor İlkər Ayrık Bakının qonağı olub.

Xanım.net xəbər verir ki, İlkər Ayrık rejissorluğunu etdiyi “Yapışık kardeşler” filminin qala gecəsində iştirak edib. Gecəyə filmin digər baş rol ifaçısı Hakan Bulut və yaradıcı heyətin üzvləri qatılıb. Qonaqlar filmdən əvvəl tamaşaçılara imza verərək şəkil çəkdiriblər. Daha sonra media nümayəndələrinin suallarını cavablandıran İlkər Ayrık Bakıya ilk dəfə gəldiklərini qeyd edib:

“İlk dəfədir Bakıdayam. Bura həyat yoldaşımla gəlmişəm. Bakını dağınıq və başqa cür tanıyırdım, amma görəndən sonra fikirlərim tamam dəyişdi. Şəhərə heyran qaldım. Qədimliyi və müasirliyi bir arada tutan şəhəriniz var”.

Filmin Türkiyədə böyük maraqla izləndiyini deyən aktyor Bakıda da seviləcəyinə inanır:

“Bu gün çox xoş xəbər almışıq. “Yapışık kardeşler” filminə artıq 1 ay ərzində 1 milyondan çox adam baxıb, bu da özlüyündə rekord sayıla bilər. Çünki Türkiyə istehsalı olan filmlərdən sadəcə 75-i qısa zaman ərzində 1 milyondan çox izlənir və sevilir. Filmin çəkilişlərini 24 günə tamamlamağı planlaşdırırdıq, amma işlərimi tez bitirməyi sevən insanam və bu filmi 23 günə çəkdik. (red: gülür). Çəkilişlər bir neçə şəhər və qəsəbədə aparılıb və bu müddət ərzində çox əylənmişik”.

İlkər Ayrık filmin təqdimatı ilə yanaşı, “Ben bilmem eşim bilir” layihəsi üçün ailələr seçdiklərini də bildirib:

“Bakıya gəlmə səbəblərimizdən biri də “Ben bilmem eşim bilir” yarışması üçün cütlüklər seçmək idi. Artıq namizədləri qeydə almışıq. Onlar arasında Gürcüstandan da gələnlər vardı və bu bizi çox sevindirir. Seçimləri Türkiyəyə qayıtdıqdan sonra edəcəyik”.


Kamil Əmirli

loading...
Şərh yaz