Yapon xanımlarının cavalıq və gözəllik sirrləri

loading...

Özünüzü və dərinizi yaxından tanıyın

Kosmetoloqlar işə başlamazdan əvvəl güzgüyə baxmağı təklif edir. Nə görürsünüz? Əlbəttə, özünüzü. İndi isə çənənizi azca qaldırın. Xatırlayırsınızmı?  Bəli, sizin on il bundan əvvəlki vəziyyətiniz. Hə, indi isə çənənizi yüngülcə aşağı salın və güzgüyə baxın. Bax 10 il sonra siz belə görünəcəksiniz. Sonuncu əksiniz əgər xoşunuza gəlmədisə, təcili işə başlamaq lazımdır.

Dərinizin  diqqətli öyrənilməsi ilk addım olmalıdır, bunun üçün isə böyük və gözəl güzgü lazımdır. Başlanğıc üçün öz zəif cəhətinizi müəyyənləşdirin. Bir qayda olaraq, üz simmetrik qocalmır: Üzün bir tərəfi digərindən fərqli olaraq daha tez qocalır və solur. Bunu müəyyənləşdirmək üçün kosmetoloq test təklif edir. Ağzınızı açmayaraq gülümsəyin, dodaq və ağız guşələrini qaldırın. Üzünüzün bir hissəsində qırışlar digərinə nisbətən daha çox əmələ gələcək. Onu möhkəmləndirmək üçün həmin  tərəfdə yatmaq, daha çox çeynəmək lazımdır.

Ümumiyyətlə, kosmetoloqun fikrincə, qırışlardan qorxmaq lazım deyil, onlar onsuz da qaçılmazdır. Bizi qırışlar deyil, cansız və solğun dəri, sönük baxışlar, sərt üz ifadəsi qocaldır.

Məhz sizin dərinizə uyğun olan qulluq vasitəsini seçin..

Dərinizin tipini və  lazım olan qulluq vasitələrini seçmək üçün ilk növbədə yaxşı bir mütəxəssisə müraciət etmək lazımdır. Sonra isə deyilənlərə riayət etmək və dəridə baş verən dəyişiklikləri izləmək  lazımdır. Hər səhər dərinizə vizual qiymət verin, onun nəmliyini yoxlayın. Bunun üçün baş barmağınızı üzünüzə yapışdırın, daha sonra çəkin. Əgər dəriniz kifayət qədər nəmlidirsə barmaqlarınız az da olsa üzünüzə yapışacaq. Əgər belə bir effekt yoxdursa, dərinizin rütubətə ehtiyacı var.

Dəri sıxlığını yoxlamaq üçün  əllərinizi yanaqlarınızdan qulaqlarınıza doğru yüngülcə çəkin və diqqət edin görün bu zaman gözlərinizin ətrafında şaquli qırışlar əmələ gəlir ya yox.

Dərinin elastikliyini yoxlamaq üçün, yanağınızı yüngülcə çimdikləyin və buraxın  sonra dərinizin başlanğıc vəziyyətinə nə qədər tez qayıdacağına diqqət edin.

Əllərinizin qeydinə qalın

Əllərə şəfqət və qayğı həmişə olmalıdır. Əvvəlcə onu yaxşıca qızdırın, əlləriniz üçün məlhəm, lasyon, zərdab,kremlərdən istifadə edərək onlara qayğı göstərin.

Gecə evə gəldiyiniz  zaman, hər nə olursa olsun üzünüzdə makiyaj saxlamayın. Mütləq təmizləyin.

 

 

loading...
Şərh yaz