loading...

Əsas rollarını Nurgül Yeşilçay, Erkan Petekkaya və Ebru Özkanın canlandırdığı “Paramparça” serialının ilk 13 seriyası Dubay kanalına satılıb.

Şərqdə 22 ölkədə yayımlanan kanal serial üçün 500 min dollardan çox pul ödəyib.

Türk serialları xarici ölkələrə 200-300 min dollar civarında satılarkən “Paramparça” xaricə satılan ən bahalı serial olub.

Qeyd edək ki, 60-a yaxın ölkədə yayımlanan türk serialları keçən il Türkiyə iqtisadiyyatına 180 milyon dollar gəlir gətirirb. Rəqəmin bu il 230 milyon dollara çatması gözlənilir.

loading...
Şərh yaz