Yastı və düz qarın üçün 8 məhsul

loading...

Yastı və düz qarına sahib olmaq üçün bütün günü press edirsiniz? Bu ərzaq siyahısı ilə işiniz daha da asanlaşaq.

Beləliklə, fındıq, qoz pastası, və yağı

Mono doymamış yağlarla qidalanan insanların beli eyni kalori qəbul edən, lakin tərkibində bu yağ olmayan insanlarla müqayisədə daha incə olur. Təbii olaraq qarnı da düz olur. Amma unutmayın ki, hər şeyin bir ölçüsü olmalıdır: Sizin limitiniz: gündə bir ovuc qoz-fındıq və ya 1 xörək qaşığı pastası və yaxud yağı ola bilər.

Yağsızlaşdırılmış süzmə və ya qatıq

Süzmənin tərkibində daha çox zülal var. Ona görə də süzmə daha çox doyumludur. Süzmə başqa xüsusiyyətləri ilə digər ağartı məhsullarından heç nə ilə seçilmir. Süzmənin tərkibində bağırsaqlardakı zərərli bakteriyalarla mübarizə aparan, qarın köpünü aradan qaldıran probiotiklər var. Gün ərzində 200 qram süzmə yeyin, ona sevdiyiniz meyvə, giləmeyvə və ya yulaf topaları əlavə edə bilərsiniz.

Göbələk

Alimlər sübut ediblər ki, D vitamini çatışmazlığı bel nahiyəsində lüzumsuz piylərin yığılmasına səbəb olur. Göbələk isə D vitamininin yeganə bitki mənşəli mənbəyidir. Ən başlıcası isə göbələk çox qıdalı və dadlıdır.

Tərkibində yağı az olan şokoladlı süd

Bu içkinin tərkibində optimal miqdarda karbohidrat və zülallar var. Ona görə də intensiv məqşdən sonra bir stəkan şokoladlı süd – idman kokteyli gücünüzü bərpa edəcək. 1% yağlılığı olan süd seçin və gün ərzində 250 ml-dən artıq içməyin.

Popkorn

Bir kasa popkornda cəmi 100 kalori var. Amma yalnız bir şərtlə ki, popkorn xüsusi cihazda isti havanın köməyi ilə və yağ əlavə edilmədən hazırlansın.

Lobya

Paxla həvəskarlarının siyahısına siz də qoşulun! Onların kalorisi azdır, ancaq tərkibində xeyli faydalı sellüloza, vitamin var. Qarında köpün yaranmasını istəmirsinizsə, bir boşqab lobya və ya mərciməkli şorbadan sonra mədənizi bu faydalı qidaya yavaş-yavaş alışdırın. Kiçik porsiya ilə yeyin və günü-gündən porsiyanı artırın.

Kinoa

Birincisi, tam taxıl məhsullar yastı qarın uğrunda mübarizədə uğurun rəhnidir. Bundan başqa, kinoa zülal məzmununa görə rəqiblərini, o cümlədən qarabaşağı qabaqlayır. Mütəxəssislər bu qidanı səhər yeməyində yeməyi, salatlara, xüsusilə meyvə salatlarına əlavə etməyi məsləhət görürlər.

Meyvə və tərəvəz

Meyvə və tərəvəzin tərkibinin 80-90 faizi sudan ibarətdir, lakin buna baxmayaraq, onun tərkibindəki qida maddələrinin faydasını saymaqla bitməz. Ara yeməkləri üçün əvəzi yoxdur.

loading...
SHARE
Şərh yaz