Yayda necə makiyaj edək?

loading...

Makiyaj sevən bütün xanımlar yay aylarında bir sıra çətinliklərlə qarşılaşırlar. Yayda bədən hərarətinin həddən artıq yüksəlməsi tər vəzilərinin sürətli ifrazına səbəb olur. Bunun nəticəsidir ki, xanımların üzə tətbiq etdikləri makiyaj ya axır, ya da dərinin bükülü hissələrində yığışır.

Altun Studionun saç və vizaj ustası Romina Motamedi yay makiyajında diqqət ediləcək incəlikləri AAAF TV- yə müsahibəsində qeyd edib.

Bu ilin dəbi təbiiliyə qayıdışdır. Yüngül makiyaj, torpaq tonları, kvars çəhrayısı, açıq səma rəngi və mərcan tonları bu il dəb həftələrində modellərin makiyajlarda ən çox tətbiq edilən rənglərdir. Dəbli və qüsursuz makiyaja sahib olmaq istəyən xanımlar, Altun Studio xidmətinizdədir.

Romina MOTAMEDİ – saç və vizaj ustası

loading...
SHARE
Şərh yaz