Yayın istisinə kömək edən Çin təbabətinin sadə və faydalı qaydaları

loading...

Asfaltla və çoxmərtəbəli evlərlə mühasirəyə alınmış “daş cəngəlliklərin” sakinləri başqalarından daha çox yayın istisindən əziyyət çəkir və hər gün işə gedib gələrkən bu istiyə dözməli olurlar. Sizlərə yayın istisi ilə mübarizə aparmağa kömək edə biləcək Çin tibbindən bir neçə faydalı məsləhətlər təqdim edirik.

Emosiyalarınıza nəzarət edin

Məlumdur ki, insanın emosional reaksiyaları daxili orqanların işinə təsir edir. Çin tibbində qızdırma yalnız xarici mühit hadisəsi deyil, daxili amil də ola bilər. Daxili qızdırma hər şeydən əvvəl ürəyə neqativ təsir edir. Əgər bu halda insan emosional yüklənmə hiss edirsə, onda ürək-damar sistemi daha yüksək riskə məruz qalır. Daxili qızdırma xarıcı istiliklə uyğunluqda ürək döyünməsinin çoxalmasına, arterial təzyiqin dəyişməsinə, baş ağrısına, zəifliyə səbəb olur. Bu zaman siz düzgün qidalanma, düzgün fiziki yüklənmə və terapevt metodları ilə balansı bərpa edə bilərsiniz.

“Sərin” və “Soyuq” məhsullardan istifadə edin

Çin tibbinin təsnifatına görə bütün məhsullar beş qrupa bölünür: isti, ilıq, neytral, sərin və soyuq. Təbii ki, isti havada isti məhsulların istifadəsini azaltmaq, vəziyyəti soyuq və sərin məhsullarla tənzimləmək lazımdır.

Bütün gün ərzində kiçik porsiyalarla maye qəbul edin

İstidə tərləmə daha çox intensivləşdiyinə görə orqanizmdə mayenin miqdarını bərpa etmək lazım olur.
Əgər adətən gün ərzində 1,5-2 litr su norma hesab edilirdisə, istidə suyun istifadəsini çoxaltmaq lazımdır. Sidiyin rənginin dəyişməsi orqanizmdə maye çatışmazlığının ən sadə indikatoru ola bilər. Su çatışmazlığı vaxtı sidiyin rəngi tündləşir.

Uzun müddət istidə olan və intensiv tərləyənlər öz rasionuna mineral su daxil etməlidilər ki, mineralların və mikroelementlərin yuyulmasını kompensasiya etsinlər.
Gün ərzində özünüzlə bir butulka su gəzdirin və daim kiçik qurtumlarla su için.

Fiziki fəallıqdan imtina etməyin

Gündəlik fizik fəallıqla məşğul olarkən sadəcə bəzi məqamlara diqqət edin. Yayın istisində daha çox səhər tezdən və ya axşam sərində fiziki məşqlər edin.

Kəskin temperatur fərqindən çəkinin

Əgər siz istidən 18-19 dərəcə soyudulmuş bir məkana düşürsünüzsə, bu zaman “soyuq zərbəsi” ala bilərsiniz. İstidə bədənimiz müxtəlif patogen amillərə qarşı daha çox həssas olur. Yuxarı tənəffüs yolları xəstəliklərinin inkişafı riski artır, temperatur fərqinə görə əzələlərin iltihabı yarana bilər (miozit).

İsti havada əhvalı yaxşılaşdırmaq üçün beyinin damarlarını inkişaf etdirin. Bunun üçün ən sadə hərəkətlər – adi qalxma və enmələrdir. Çalışın səhər bir neçə dəfə əyilib düzələsiniz. Bu sadə tapşırıqlar damarları inkişaf etdirməyə, beyinin qan dövranını yaxşılaşdırmağa kömək edəcək. Nəticədə siz istənilən temperatur dəyişikliyini və atmosfer təzyiqini daha rahat qəbul edəcəksiniz.

loading...
SHARE
Şərh yaz