Yazda dəriyə qulluq

loading...

Yumurtalı unlu maska

  • Tələb olunur: 1 yumurtanın sarısı, 2 xörək qaşığı un, 1 çay qaşığı bal.
  • Hazırlama qaydası: yumurtanın sarısını unla çalmaq, bal əlavə etmək.
  • Tətbiqetmə. Alınmış qarışığı üzə yaxıb 10 dəqiqə gözləmək. İlıq su ilə yumaq.

Kəsmikli-yağlı maska

  • Tələb olunur: 2 xörək qaşığı kəsmik, 2 çay qaşığı bitki yağı.
  • Hazırlama qaydası: inqrediyentləri yaxşıca qarışdırmaq.
  • Tətbiq etmə. Qarışığı üzə çəkmək və 15 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.

Tomatlı maska

  • Tələb olunur: 1 pomidor, 1 yumurtanın sarısı, 1 xörək qaşığı nişasta.
  • Hazırlama qaydası: pomidoru qaynar suya salıb-çıxarmaq, qabığını soymaq, əzmək, yumurtanın sarısı və nişastanı əlavə etmək. Hamısını yaxşıca qarışdırmaq.
  • Tətbiqetmə. Qarışığı üzə yaxıb 15 dəqiqə saxlamaq. Əvvəl ilıq, sonra soyuq su ilə yumaq.

Məsamələrin təmizlənməsi üçün mayalı maska

  • Tələb olunur: 10 qram maya, 3 xörək qaşığı qatıq, 1 çay qaşığı gilənar şirəsi.
  • Hazırlama qaydası: mayanı qatıqda həll edib, meyvə şirəsini əlavə etmək və qarışdırmaq.
  • Tətbiqetmə. Qarışığı üzə yaxmaq, 15 dəqiqə saxlamaq. Əvvəl ilıq, sonra sərin su ilə yumaq.
loading...
SHARE
Şərh yaz