Yemişin faydalı xüsusiyyətləri

loading...

Şirin və çox dadlı bu giləmeyvə susuzluğa qarşı əla vasitədir. O şəkər, zülal və nişasta ilə zəngin olduğu üçün, onu asanlıqla qida əvəzi kimi istifadə etmək mümkündür. Sadəcə 150 q. yemişin tərkibində folio turşusunun gündəlik norması mövcuddur. Bundan başqa onun tərkibində çox miqdarda silisium, C vitamini, karotin, orqanik turşular, kaliumun, natriumun və dəmirin mineral duzları var ki, bu maddələrin sayəsində yemiş qanın tərkibini normallaşdırır və əsəb sistemini sakitləşdirir.

Yemişin sellülozu və pektin maddələri yumşaq işlətmə effektinə malikdirlər. Onlar orqanizmi zərərli xolesterindən təmizləyirlər. Lakin bir dəfəyə çox yemiş yemək məsləhət deyil, çünki bu zaman siz bağırsaqlarınızı yükləyə bilərsiniz.

Orta Asiyada qida qəbulunu ənənəvi olaraq bir dilim yemiş tamamlayır, çünki yemiş ağır qidanı həzm etməyə kömək edir. Lakin bu effekt üçün yemişi yeməkdən 2-3 saat sonra yesəniz yaxşıdır, çünki bu zaman onun faydalı maddələri daha yaxşı mənimsənəcəklər.
Orqanizmdən zəhərli maddələrin çıxarılması üçün 20 gün ərzində hər səhər ac qarnına istənilən giləmeyvə şirəsi ilə qarışdırılmış yemiş şirəsi içmək lazımdır.

Yemişin yetişmə əlamətləri:

  • Adi otaq temperaturunda belə hiss olunan şirin ətri.
  • Qabığının sıxma vaxtı azca əzilməsi.
  • Qabığında sıx torların olması.

Yemişin növləri

“Kolxozçu” – tezyetişən yemiş növüdür ki, 60-70 günə dəyir. Kiçik ölçülü bu giləmeyvələr əksər hallarda sarı rəngdə, çox şirin və kürə formasında olur.

Orta Asiyadan gətirilmiş yemiş “özbək yemişi” adlanır. Bu növ yemiş əksər hallarda xüsusilə şirin və ətirli olur.
“Qışlama” növlü yemiş sentyabr ayında yığılır və bir müddət qaldıqdan sonra yetişir. Bu tip yemiş yarım ilə qədər saxlanıla bilər. Adətən kiçik ölçülü olan bu meyvələrin meyvə əti sıx və xırçıldayan olur.
“Kantalupa” – avropa yemiş növüdür. Bu yemişin meyvə əti açıq narıncı rəngdə olur. Onlar çox vaxt dadsız olur və uzun müddət saxlanılmır.

Yemişdən nə hazırlamaq olar?

Dondurulmuş yemişi səhər yeməyi üçün hazırlanmış smuzilərə və kokteyllərə əlavə etmək olar.
Yemişdən hazırlanmış ənənəvi çərəzlər – mürəbbə, povidlo, jele və marmeladdır. Qurudulmuş yemiş növü də hər kəsə məlumdur. Yemiş balı isə müalicəvi xüsusiyyətlərinə görə arı balına oxşardır.
Yemişin meyvə ətini meyvə salatlarına əlavə etmək olur, çünki o bütün meyvələr və giləmeyvələr ilə əla uyğunlaşır.

loading...
Şərh yaz