Yeni ilin ən bəyənilən hədiyyələri

loading...

İnsanların ən sevimli bayramlarından biri də məhz Yeni İl bayramıdır.

Bəs, bu bayramda insanları sevindirmək üçün onlara hansı hədiyyələri vermək lazımdır?

Zövqlər və maraqlar fərqli olduğundan bunu bilmək o qədər də asan deyil. Amma əgər sevdiklərinizin xasiyyətlərinə müəyyən qədər bələd olsanız, onlar üçün hədiyyə seçmək də daha asan olar.

Bundan başqa bəzi hədiyyələr var ki, onları bağışlamaqla siz sevdiklərinizi həm sevindirir, həm də onlara nə dərəcədə dəyər verdiyinizi göstərmiş olursunuz.

Şirniyyat / Şokolad

Şirniyyat və ya şokolada yox deyən insan çətin tapılar. Əgər siz də yeni il bayramında qarşınızdakının ən sevdiyi şirniyyatları dəb-dəbəli bir qutuda bağlama etdirib ona hədiyyə etsəniz, yəqin ki, onu da çox sevindirmiş olarsınız.

sokolad

Saat

Saat da alına biləcək ən gözəl hədiyyələrdən biridir. Gözəl və dəbli bir saatı hamı bəyənər və sevərək istifadə edər. Hər saata baxdığında da sizi xatırlamış olar.

saat

Əl işləmələri üçün tikiş dəsti

Bu hədiyyə həm də çox lazımi və tez-tez istifadə olunandır. Bundan başqa siz bu hədiyyəni verməklə qarşınızdakı şəxsin yaradıcılıq qabiliyyətinə də inandığınızı sübut etmiş olarsınız.

el-islemeleri

Oyun/ Musiqi diskləri

Əgər sizin hədiyyə verəcəyiniz insan musiqi və ya video oyun həvəskarıdırsa, sizin işiniz çox asandır.

musiqi-diskleri

Foto albom

Sevdiyiniz şəxsin ən gözəl şəkillərindən ibarət bir foto albom onun üçün ən mənalı hədiyyələrdən biri ola bilər.

fotoalbom

Üzərində maraqlı rəsmlər olan divar kağızları

Qaranlıqda parlayan neon rəngli yapışqanlı divar kağızları xüsusilə gənclər üçün çox maraqlı hədiyyədir. Siz həmçinin sevdiyiniz şəxs üçün demək istədiyiniz xoş sözlərin yazıldığı divar kağızlarını hədiyyə etməklə hər gecə ona özünüzü xatırlada da bilərsiniz.

divar-kagizi

Fincan
Əgər siz maraqlı bir hədiyyə vermək istəyirsinizsə, o zaman qeyri-adi dizaynlı bir fincan sizin işinizi asanlaşdıra bilər.

fincan

Masa lampası

Əgər hədiyyə vermək istədiyiniz şəxs işləməyi xoşlayırsa, siz ona qeyri-adi dizaynlı bir masa lapması hədiyyə edə bilərsiniz.

masa-lampasi

Dekorativ məhsullar

Dekorativ məhsullar – suvenirlər də ən çox bəyənilən hədiyyələrdəndir. Bu hədiyyə həm dekorativ məqsədlər üçün istifadə edilir, həm də hədiyyə verdiyiniz şəxsə sizi xatırladır.

dekorativ-mehsullar

Kitab

Yəqin ki, çoxları razılaşar ki, kitab ən gözəl və dəyərli hədiyyədir. Kitab oxumağı sevən birinə başqa bir hədiyyənin verilməsi, yəqin ki, səhv olardı.

kitab

AnsPress

loading...
Şərh yaz