Yoldaşınızın dostları- kimdir onlar?

loading...

Yoldaşınızın dostları kimdir və onların sizin ailəyə təsiri necədir?

Dostluqda ilk növbədə “almaq” və “vermək” anlayışları balansda olmalıdır. Bəzi dostlar çox istifadə edici ola bilər. Əgər yoldaşınızın belə bir dostu varsa və siz ona dostu haqqında həqiqəti desəniz, onun sizin yox, onun probleminin arxasınca qaçdığını desəniz, ” axı o, mənim dostumdur. Ona necə yox deyə bilərəm” cavabını alacaqsınız. Bu halda 2 çıxış yolu var. Siz yoldaşınıza hər hansı çətin bir vəziyyətdə dostunu çağırmağı təklif edə bilərsiniz. Hansı ki, kömək yerinə dostu gəzməyə və ya başqa bir əyləncəyə gedə bilər. Bu halda dostunun istifadəçi olması aşkara çıxacaqdır. Digər variant kimi dostunun növbəti köməyə çağırışı zamanı müxtəlif xidmət şirkətlərinin köməyindən yararlanmaq olacaqdır.

  • “Ağlayan” dost tipi. Bu tip dost o zaman peyda olur ki, dərdlərini danışmağa, yükünü azaltmağa adam axtarır. Bu halda o, yoldaşınızın boş vaxtını içki içmək və həyatdan şikayət etmək üçün alır. Bu dostu saxlayıb-saxlamamağa yoldaşınız qərar verməlidir. Ümumiyyətlə bu dostdurmu? Təcrübə üçün yoldaşınız “dostuna” öz həyatından şikayət etsin. Əgər dost “Başa düşürəm, məndə də eyni vəziyyəti. Qulaq as…” kimi reaksiya verərsə, bu dostluğa son verilməlidir.
  •  Pis niyyət dost. Təəssüf ki, bəzi hallarda yoldaşınızın heç də xoş niyyətləri olmayan dostlar olur. Bəzi insanlar üçün sosial mövqeyi dostluqdan daha mühümdür. Bu halda o daima ətrafdakıları özü ilə müqayisə edərək üstünlüyünü sübut etmək istəyir. Əksərən belə dostlar çox səmimi görünür; tez-tez zəng edir, hal-əhval tutur. Yoldaşınızın və qohumlarınızın problemi onu sevindirir. Digər halda yoldaşınızın uğurlu insan olması dostu tərəfindən paxıllıqla qarşılanmasına səbəb ola bilər.
  • Pis həyat tərzi keçirən dost. Bu tip dostlar pis həyat tərzlərini sərbəstlik, məsuliyyətdən azad olmaq kimi qiymətləndirirlər. Bu tip insanlar güclü inandırma qabiliyyətinə malik olur. Bir çox insanlar belə dostlara inanaraq külli miqdarda borc alaraq uduzublar. Kişilər təbiətən məsləhət eşitməyi sevmirlər. Onlara bu tip insanların təhlükəli olması haqda oxuduğunuz bir şeyi desəniz yaxşı halda sizi eşitməyəcək, pis halda sizin heç nədən anlayışınız olmadığınızı deyəcək.

Təhlükəsizlik tədbirləri

Kişi dostluğu yalnız bir-birinə hörmət deyil. Həm də etibar, güvəndir. Hər bir kişi dostu üçün gecənin istənilən vaxtı kömək etməyə hazırdır. Əsas olan odur ki, ehtiyac olan anda yoldaşınız dostundan eyni etibarlılığı görsün. Əvvəldə dediyimiz kimi kişilər məsləhət eşitməyi sevmir. Onları müşahidə etdiyiniz pis dostlardan yalnız həyat təcrübələrindən misal gətirərək çəkindirə bilərsiniz. “Ya dostunu seç, ya məni”, ” bəsdir dostlarına vaxt ayırdın” kimi sözlər isə yalnız ailənizə ziyan gətirəcək.

loading...
Şərh yaz