Yumşaq toyuq kotletinin hazırlanması

loading...

Dadlı, yumşaq toyuq kotletlərinin hazırlanmasının sirri çox  sadədir. Sadəcə olaraq, qiyməyə süddə isladılmış baton, şalğamaoxşar doğranmış soğan kubları, bolqar istiotu və təzə göyərti əlavə etmək lazımdır.

Beləliklə, hazırlamağa başlayaq:

Toyuq ətini (filə və ya ombalar) ətçəkəndən çəkirik. Alınan farşa xırda doğranmış  salğamaoxşar soğanı, süddə isladılmış batonu və bolqar istiotunu əlavə edirik. Həmçinin kəsilmiş cəfərini unutmayın.

Qiymənin bütün inqrediyentlərini barmaqlarla ovuşduraraq yaxşıca  qarışdırırıq. Duzu və üyüdülmüş istiotu tökərək yenidən  qarışdırırıq. Yumurta əlavə etmirik, kotletləri  belə də əla formaya salmaq olacaq.

Qiymədən kiçik kotletləri formaya salırıq, onları imkan daxilində yastı edirik və unlanmış suxarılarda yuvarladıb bulayırıq. Sonra  toyuq kotletlərini zəif odda günəbaxan yağında qızardırıq.  Bişirdikdən sonra tavanı qapaqla örtürük və kotletləri qapağın altında üç dəqiqə daha saxlayırıq.

Bolqar istiotu ilə və göyərtili toyuq kotletləri istənilən sıyıqla, püre ilə və ya tərəvəz salatı ilə  süfrəyə verilə bilər.

Nuş olsun!

loading...
SHARE
Şərh yaz